Təlim və inkişaf üzrə mütəxəssis

İşin təsviri

Təlim və inkişaf üzrə mütəxəssis

Gilan Kənd Təsərrüfatı Qrupu Təlim və inkişaf üzrə mütəxəssis vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:

• Şirkətin Təlim və İnkişaf siyasətinə əsasən Təlim və İnkişaf prosesinin təşkili və idarə edilməsi;
• Şirkət üçün illik təlim Planının  hazırlanması,
• Təlim Planına əsasən  illik təlim büdcəsi hazırlanması və idarə edilməsi;
• Təlimçilərin effektivliyini və təlim proqramlarının effektivliyinin qiymətləndirilməsi, təkmilləşmə üçün tövsiyələr verməsi;
• İşçilərin təlimlərə cəlb etmə və iştiraklarını təmin etm məqsədilə güclü kommunikasiya strategiyasının qurulması;
• Şirkətin ehtiyacına müvafiq olaraq bilik səviyyəsini ölçmək üçün sorğular keçirilməsi və qiymətləndirmə prosesinin təşkil edilməsi.

Tələblər:

• Ali təhsil;
• Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
• Azərbaycan, Rus və ya İngilis dillərində sərbəst şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
• Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
• Komanda işinin təşkili;
• Güclü təşkilati bacarığın olması;
• Güclü ünsiyyət və danışıq aparmaq bacarığı;
• Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı.

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin:  https://hr.gilanholding.com/v/4881