Əmək haqqı üzrə mühasib

  • Baku Bus
  • Elanın qoyulma tarixi: 09.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əmək haqqı üzrə mühasib

Vəzifə öhdəlikləri:

- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
- Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
- Məzuniyyət haqlarının,  xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərın dövlət elektron sistemində işlənməsi;
- Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
- Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
- Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
- İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
- İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
- Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;
- Rəhbərliyin digər əlaqədar tapşırıqların yerinə yetirilməsi.

Namizədə olan tələblər:

- Maliyyə, vergi və  ya mühasibat uçotu sahəsində ali təhsil;
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi
- Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
- İdarəetmə, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.
 
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində “Əmək haqqı üzrə mühasib”qeyd etməklə göndərə bilərsiniz