Horeca üzrə satış təmsilçisi

İşin təsviri

Şirkət haqqında:

150 illik tarixə malik “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim ən böyük şərab emalı müəssisəsidir. Hazırda “Göygöl Şərab Zavodu” ASC konyak və şərab məhsullarından əlavə “Xan” markası ilə müxtəlif növ araq məhsulları eləcə də alkoqolsuz sərinləşdirici içkilər istehsalı və distribusiyası ilə məşğuldur.

Horeca üzrə satış təmsilçisinə tələblər

• Plan üzrə satış nöqtələri ilə görüşlərin təyin edilməsi və məhsul sifarişlərinin götürülməsi
• Qarşıya qoyulan satış hədəflərinin yerinə yetirilməsi 
• Müştərilərin vaxtında, planlı şəkildə ziyarət edilməsi
• Müştərilərdən ödənişlərin qəbul edilməsi  və borc öhdəliklərinə nəzarət
• Yeni məhsulların müştərilərə təqdim olunması
• Həftəlik və aylıq satış hesabatlarının hazırlanması və qrup rəhbərinə təklif edilməsi
• Məhsulların satışını artırmaq üçün qrup rəhbəri ilə birgə təkliflərin hazırlanması
• Müştəriləri vaxtı vaxtında nümunələrlə təmin etmək və onların ehtiyyacları olan məhsulların vaxtında çatdırırılması
• Şirkətin yeni məhsulları iləqadər təqdimatların keçirilməsi

İşçiyə tələblər

• Ali təhsilin olması
• Rus dilində sərbəst ünsiyyət
• Satış işində təcrübəsinin olması (restoran,otel istiqaməti üzrə satış təcrübəsinin olması arzuolunandır)
• Sürücülük vəsiqəsinin olması

İş qrafiki və əməkhaqqı

•  İş qrafiki həftənin 6 günü, saat 08:00 -18:00
• Əmək haqqı: 550 AZN + bonus

Əgər Siz göstərilən tələblərə uyğunsunuzsa, [email protected]  email ünvanına cv-i göndərin.
CV-lər 15 sentyabr tarixinə qədər göndərilə bilər.