Anbardar

İşin təsviri

Anbardar

Tələblər:

- 25-40 yaş həddi
- min 1-3 il müvafiq sahə üzrə təcrübə
- azərbaycan dillərini mükəmməl bilməli xarici dil biliyinə üstünluk verilir

Əsas Funksiyalar:

- Anbarda olan mal və materialların təhlükəsizliyinə, saxlanılması rejiminə, sənədləşdirmə və mədaxil-məxaric sənədlərinin təhvili qaydalarına riayət olunduğunu təmin etmək;
- Anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək;
- Bütün mal dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında olmasını təmin etmək; istisnalar barədə dərhal mühasibatlığı məlumatlandırmaq;
- Anbardan malları yalnız cəmiyyət rəhbərliyi tərəfindən təyin edilmiş maddi məsul şəxslərə buraxmaq;
- Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatlarını müntəzəm olaraq təmin etmək;
- Anbarda yanğınsöndürən vasitələrinin olduğuna və salamatlığına, sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
- Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə anbarda yükləmə - boşaltma işlərini təşkil etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
- Köhnəlmiş, zərər görmüş və xarab olmuş mal və materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
- Sahəni tələb olunan mal, yanacaq və sürtkü material ilə təmin etmək, saxlanılması, sərfiyyatına nəzarəti təmin etmək və sərfiyyata dair hesabat vermək;
- Anbara giriş və çıxış yollarının və qapılarının işlək olmasını təmin etmək, bitişik ərazinin yığışdırılmasını təşkil və nəzarət etmə
- Ofis proqramları Word,Excell,Power Point,Outlook bilməsi vacibdir.
- 1 C proqramı bilənlərə üstünlük veriləcək.

- 6 günlük iş rejimi,
- Nahar və servis cəmiyyət tərəfindən təmin edilir 
- Əmək haqqı: Başlanğıc olaraq ilk 3 ay sınaq müddəti - 600 AZN dən başlayır

E - mail : [email protected]