Süd emalı üzrə menecer

İşin təsviri

Süd emalı üzrə menecer

Gilan Agricultural Group Süd emalı üzrə menecer vakansiyasına namizəd axtarır.

Vəzifə öhdəlikləri:

• Südçülük təsərrüfatında idarəetmə, istehsal, maliyyə planlaşdırılması, keyfiyyətə nəzarəti həyata keçirmək;
• Südçülük təsərrüfatı üzrə strateji planları hazırlamaq və inkişaf etdirmək;
• Məhsulun keyfiyyətini artırmaq, istehsalın təşkilini təkmilləşdirmək, əmək məhsuldarlığını artırmaq, rentabelliyin artımı üçün tədbirlərin inkişafını, təşkilini və həyata keçirilməsinə nəzarət etmək;
• Məhsulların səmərəli istehsalı, emalı və satışı üçün yeni müasir texnologiyaları araşdırmaq və təmin etmək;
• İqtisadi fəaliyyətin büdcəsini hazırlamaq, analiz etmək və planlaşdırmaq, xərcləri optimallaşdırılmaq;
• İşçilərin koordinasiyasını həyata keçirmək və şirkətin qanunvericiliyinə uyğun idarə etmək.

Tələblər:

• Ali təhsil;
• Südçülük və ya Heyvandarlıq sahəsində azı 5 illik iş təcrübəsi ( kiçik və böyük mal-qara, qoyunçuluq təsərrüfatları və s.)
• Azərbaycan Respublikasının heyvandarlıq üzrə məhsul bazarlarını bilmək (süd, təzə və dondurulmuş ət, qoyunçuluq)
• Hazırkı istehsalın planlaşdırılmasının texniki-iqtisadi əsasları sahəsində biliklər
• Südçülük, qoyunçuluq təsərrüfatlarının, veterinariya və zootexnologiyanın texnoloji əsaslarını  bilmək
• Kompüter istifadəçisi və idarəetmə metodları (ERP sistemi) haqqında biliklərin olması
• İngilis və ya rus dillərini bilməsi arzuolunandır

Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin: https://hr.gilanholding.com/v/4854#