İnsan resursları üzrə mütəxəssis

İşin təsviri

BSC Group Consulting & Outsourcing şirkəti "İnsan resursları üzrə mütəxəssis" vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişləri daxil etmək, sosial sığorta kartlarının açılmasını təmin etmək;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq, qaydaya salmaq və dəyişikliklərin müntəzəm olaraq qeydiyyatını aparmaq;
- Əmək kitabçalarında qeydlər aparmaqla qeydiyyatını aparmaq;
- Məzuniyyətlərin verilməsi uçotunu aparmaq və məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İcbari sığorta üzrə aylıq hesabatın təqdim edilməsi və nəzarətdə saxlanılması;
- Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatları təqdim etmək;

Tələblər:

- Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilməli;
- Ali təhsilli;
- Bu sahədə minimum 1 il iş təcrübəsi;
- E-gov Elektron Hökumət Portalında işləyə bilmək;
- Microsoft Office (Word, Excel, Power Point) proqramlarında sərbəst işləmək;
- Ünsiyyət qurma bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Detallara xüsusi diqqətlilik;
- Stresə davamlı.

İş qrafiki:

- Həftədə 5 gün 09:00 - 18:00, şənbə 13:00
- Əmək haqqı 500 AZN

Xahiş edirik, maraq göstərən şəxslər  öz tərcümeyi-hallarını (CV)  "mövzu" yerinə   " İnsan resursları üzrə mütəxəssis " sözünü qeyd etməklə  [email protected]  elektron poçtuna göndərsinlər.

BSC Consulting & Outsourcing Company tərəfindən digər vakansiyalar