Call center operator (onlayn satış)

  • İNNES MMC
  • Elanın qoyulma tarixi: 30.07.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İNNES MMC Azərbaycan və Gürcüstan bazarında innovativ həllər və məhsul satışını həyata keçirən mühəndislik şirkətidir.
Müəssisəmiz izolyasiya və fiber-kompazit təmit texnologiyaları, professional sənaye təmizlik xidmətləri üzrə ixtisaslaşmışdır.

Öz karyerasında innovasiya və korporativ mühitə üstünlük verən namizədləri işə qəbul musahibələrinə dəvət edirik.

Call center operator (onlayn satış)

Tələblər:

• Təhsil - ali
• Yaş - 24-35
• Yalnız xanımlar
• Dil bilikləri - Azərbaycan,Rus əla, İngilis dili arzuolunanadır
• Kompyuter bilikləri: Ofis proqramları (Microsoft Office Word, Excel, Outlook, İnternet Explorer)
• Əmək mədəniyyəti, xidməti ünsiyyət etikasını bilməli
• Gülərüz, xoş, işgüzar görünüşlü olmalıdır
• Məsuliyyətli, səbirli, stressə dözümlü, gərgin iş rejimində çalışmaq qabiliyyəti
• Səlis diksiya. Məntiqi düşünmə. Diqqətcil

Vəzifələri:

• Rəhbərliyin tapşırığı ilə sənəd və hesabatların hazırlanması
• Telefon vasitəsi ilə müştərilərə xidmət və məhsullarımızın satışı
• Məlumat mərkəzinə daxil olan zənglərin cavablandırılması və emal olunması
• Sifarişlərin qəbulu və icrasının izlənməsi
• Məmnuniyyət sorğusunun keçirilməsi
• Rəhbərliyə təqdim edilən arayış və məruzələri təhlil etməyi bilməlidir (zəruri hallarda)

İş şəraiti:

• Nahar yeməyi şirkət tərəfindən verilir
• İş qrafiki: 6 iş günü
• İş saatları: 1-5 günlər 09:00-18:00, şənbə günü 09:00- 14:00
• Əmək haqqı danışıq əsasında

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində " Call center operator " qeyd edilməsi xahiş olunur.