Satış nümayəndəsi ( Xanım )

  • İNNES MMC
  • Elanın qoyulma tarixi: 16.09.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İNNES MMC  innovativ həllər və məhsul satışını həyata keçirən mühəndislik şirkətidir. Müəssisəmiz izolyasiya və fiber-kompazit təmir  texnologiyaları və professional sənaye təmizlik xidmətləri üzrə ixtisaslaşmışdır. Öz karyerasında innovasiya və korporativ mühitə üstünlük verən xanım namizədləri işə qəbul musahibələrinə dəvət edirik.

SATIŞ  NÜMAYƏNDƏSİ

Namizədə olan  tələblər:

 Satış sahəsində təcrübəsi və  inandırma qabiliyyəti
 Güclü ünsiyyət qurma və danışıq qabiliyyəti
 Müştərilərə məhsulu lazımınca təqdim etmək qabiliyyəti
 Gərgin iş rejimində çalışma qabiliyyəti
 Ms Office proqramlarini yaxşı bilməli
 HoReCa sahəsində təcrübəsi və müştəri bazası olan namizədlərə üstünlük verilir.

Vəzifə və öhdəliklər:

  Şirkət məhsullarının satışını təşkil etmək
  Yeni və potensial müştəriləri müəyyənləşdirmək və işgüzar əlaqələr yaratmaq
  Şirkətin məhsullarını müştərilərə yüksək səviyyədə təqdim etmək
 Vaxtaşırı keçirilən kampaniyalarla müştəriləri tanış etmək
 Daxil olan istəkləri və tələbləri dəyərləndirərək müştərilərlə əlaqə qurmaq və işi nəticələndirmək
 Cari sifarişləri nəzarətdə saxlamaq
 Aidiyyatı hesabatları hazırlayıb rəhbərliyə təqdim etmək

Əlavə məlumatlar:

  Əmək haqqı namizədlərin təcrübə və müştəri bazasına uyğun olaraq müəyyən olunacaqdır
  6 günlük iş həftəsi

Göstərilən tələblərə cavab verən yalnız xanım namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər.  Qeyd:  Mövzu hissəsində "Satış nümayəndəsi" qeyd edilməsi xahiş olunur.