Ofis menecer / Direktor asistenti

  • İNNES MMC
  • Elanın qoyulma tarixi: 12.08.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İNNES MMC innovativ həllər və məhsul satışını həyata keçirən mühəndislik şirkətidir.

Müəssisəmiz izolyasiya və fiber-kompazit təmit texnologiyaları və professional sənaye təmizlik xidmətləri üzrə ixtisaslaşmışdır.

Öz karyerasında innovasiya və korporativ mühitə üstünlük verən namizədləri işə qəbul musahibələrinə dəvət edirik.

Ofis menecer / Direktor asistenti

Tələblər:

• Ali təhsilli xanım namizədlər
• Yaş : 25 - 38
• Azərbaycan, rus və ingilis dillərində səlis danışıq
• HR sahəsində təcrübəsi olması
• Güclü təşkilati bacarıqları, ünsiyyətçil və danışıq aparmaq bacarığı
• Çox sayda tapşırıqları idarə etmək (məktublaşma bacarığı) və təzyiq altında işləmək bacarığı;
• İşdə punktuallıq, icraçılıq və idarəçilik
• Analitik bacarığa sahib olmalı
• Təmkinlik və məxfilik
• Komandada işləmək bacarığı
• Dinamiklik, özünə əminlik və gülərüz olması
• Minimum 1 il müvafiq sahə üzrə iş təcrübəsi
• Office proqramlarını mükəmməl bilməsi

İş haqqında məlumat:

• Rəhbərin tapşırığı əsasında işlərin yönləndirilməsi və icrasına nəzarət
• Yeni işçilərin işə götürülməsi
• Şirkətin korporativ elektron ünvanına daxil olan məktubların cavablandırılması
• İclasların təşkili və iclas protokolunun tərtib edilməsi
• Lazımi sənədlərin, məktubların hazırlanması və ofis daxili işlər
• Excel proqramında hesabatların hazırlanması
• İş qrafiki: 5 gün 09:00-dan 18:00, 6-cı gün 10:00 – 13:00
• Nahar şirkət tərəfindən verilir 
• Əmək haqqı müsahibə əsasında razılaşdırılacaq

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində "Ofis menecer / Direktor asistenti" qeyd edilməsi xahiş olunur. Fotoşəkilsiz CV-lərə baxılmayacaq.