Keyfiyyətə nəzarət üzrə mütəxəssis

İşin təsviri

Gilan Kənd Təsərrüfatı Qrupu Keyfiyyətə nəzarət üzrə mütəxəssis vakansiyasına işçi axtarır.

Vəzifə funksiyaları

• İstehsal olunan məhsulların fiziki-kimyəvi ve mikrobiolojik analizlərini etmək;
• Müəssisənin yerinə yetirilən işlərinin keyfiyyətinə nəzarət üzrə qüvvədə olan standart və müştərilərin tələblərinə uyğunluğa gətirilməsi işinin təşkilində və həyata keçirilməsində iştirak etmək;
• İşlərinin (xidmətlərin) keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək;
• Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək;
• Rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində iştirak etmək;
• Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq yerinə yetirilən işlərin (xidmətlərin) keyfiyyətinə nəzarət üzrə işdə iştirak etmək;
• Müəssisənin normativ sənədlərinin hazırlanmasında iştirak etmək;
• Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ – hüquqi aktların tələblərinə ciddi riayət  etmək;
• Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların və problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlərdə iştirak etmək, Keyfiyyətsiz işlərin, xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planının və İşlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
• Müəssisəyə daxil olan xammal, yarımfabrikatlar və digər məhsulların keyfiyyət standartlarına və texniki şərtlərə  uyğunluğu barədə rəy verir. İstehsal prosesinin bütün mərhələlərində məhsulun keyfiyyətinə qablaşdırılmasına, eləcə də anbarlarda düzgün saxlanılmasına operativ nəzarəti təşkil etmək;
• Zavodun bütün ərazisində sanitariya və gigiyena normalarına əməl edilməsinə nəzarət etmək;
• Məhsulun keyfiyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarların tələbat səviyyələrinə uyğunlaşdırılması üçün tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil etmək;
• Prosesləri, prosedurları, qaydaları müəssisənin əməkdaşlarına çatdırmaq və praktik məsələlərdə dəstək göstərmək.

Tələblər

• Keyfiyyət idarəetmə sistemləri üzrə (ISO 9001, HACCP və FSSC2200) müvafiq kurslarda təlim keçmiş olmalı;
• Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli;
• Keyfiyyət üzrə təlimləri verə biləcək səviyyədə təqdimat qabiliyyətinə malik olmalı;
• Yüksək ünsiyyət və analitik düşünmə bacarığı, komandada işləmək bacarığına sahib olmalıdır.

Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçiddən istifadə edin:  https://hr.gilanholding.com/v/4821#