Dizayner

İşin təsviri

Şirkət: “İDRAK Texnoloji Transfer” MMC

Şöbə: Marketinq

Vəzifənin adı: Dizayner

Vəzifə təlimatı:

• İllüstrasiyaları və materialların eskizlərini tərtib etmək, rəhbərliklə müzakirə etmək və müvafiq dəyişiklikləri tətbiq etmək;
• Korporativ üsul və brenddən istifadə qaydalarına uyğun olaraq İDRAK Texnoloji Transfer MMC-in ümumi reklam materiallarının hazırlanması və təhvil verilməsinə görə cavabdehlik daşımaq;
• Bütün brend fəaliyyətlərinin İDRAK Texnoloji Transfer MMC-in əlaqə məqsədləri və standartlarına uyğun olmasını təmin etmək;
• Aparılan işlər üzrə hesabatlar hazırlamaq;
• Reklam materiallarının qablaşdırma, görüntü, loqotip və s.dizaynını tərtib etmək;
• Bədii və dekorativ effektlərin əldə edilməsi üçün müvafiq vasitələrdən istifadə etmək;
• Tərtibat prinsipləri və estetik dizayn konsepsiyaları əsasında dizayn, konsepsiya və nümunə tərtibatlarını yaratmaq;
• Əyani materialın ölçüsünü və quruluşunu müəyyən edib, üsiubu və tipin ölçüsünü seçmək;
• Printer üçün maketləri hazırlamaq üçün son tərtibatları qeyd etmək, yerləşdirmək və toplamaq;
• Kompüter vasitəsilə diaqramları, qrafikləri, illüstrasiyaları və digər rəsmləri çəkmək və çap etmək;
• Son tərtibatları gözdən keçirib tələb olunan yerdə təkmilləşmələri təklif etmək;
• Məhsulların şəkilləri, şirkətin loqotipləri və internet səhifələri üçün qrafika, foto şəkilləri və tərtibatları yaratmaq.

Təhsil: Ali təhsil.

Dil bilikləri: Azərbaycan və Rus dilləri – əla, İngilis dilli yaxşi səviyyədə bilmək.

Kompüter bacarıqları: 3D MAX, Corel Draw, Photoshop, Word, Excel, Outlook proqramlarını əla səviyyədə bilmək.

İş təcrübəsi:  Müvafiq sahədə ən azı 2 il təcrübəsi olan

E - mail : [email protected]