Biznesin İnkişafı üzrə Menecer

İşin təsviri

ALMA Consulting and Investment MMC - Davamlı inkişafı dəstəkləyən, təşəbbüskar və innovativ konsepsiyalı ALMA Consulting məsləhət xidmətləri sahəsində fəaliyyət göstərir.

Biznesin İnkişafı üzrə Menecer

Vəzifə öhdəlikləri

- Marketinq və satış strategiyasının hazırlanması;
- Aylıq satış planlarının hazırlanması və plana uyğun fəaliyyətin göstərilməsi;
- Potensial korporativ müştərilərin cəlb edilməsi, müştəri bazasının formalaşdırılması və korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması;
- İşgüzar və korporativ danışıqların aparılması;
- Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
- Korporativ satış planının yerinə yetirilməsi;

Tələblər

- Ali təhsil
- Mövcud sahə üzrə minimum 2 il iş təcrübəsi
- Ünsiyyətcil
- Səlist danışıq qabiliyyəti
- Məsuliyyətli
- Yaradıcı
- Microsoft Office (word, excel, pover point) proqramlarında sərbəst işləmək bacarığı

İş şəraiti

İş qrafiki: bazar ertəsi-cümə saat 09:00-18:00
Əmək haqqı + bonuslar

Biz korporativ sahədə təcrübəsi olan və qeyd olunan tələblərə uyğun olan komanda yoldaşı axtarırıq. Yalnız, qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Biznesin İnkişafı üzrə Menecer” qeyd edərək öz CV lərini [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
 

ALMA Consulting and Investment tərəfindən digər vakansiyalar