İşin təsviri
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin istilik sistemlərini (qazanxana, radiatorlar, istilik xəttləri) nəzarətdə saxlamaq və saz halda işləməsini təmin etmək
- Soyutma sistemlərini (split kondisionerlər, chillerlər, soyuq hava anbarları və s.) mütəmadi texniki baxışdan keçirmək və nasazlıqları aradan qaldırmaq
- Havalandırma və ventilyasiya qurğularının (fanlar, hava kanalları, filtr sistemləri) təmizliyini və düzgün işləməsini yoxlamaq;
- Qızdırıcı və soyuducu sistemlərin termostat, sensor və tənzimləyici komponentlərini yoxlamaq və sazlamaq;
- Avadanlıqların texniki pasportlarına əsasən təmir və texniki xidmət planlarını yerinə yetirmək
- Kompressor, freon dövriyyə sistemi, buxar generatorları və əlaqəli komponentlərin texniki vəziyyətini yoxlamaq
- Avadanlıq istehsalçısının texniki sənədlərinə əsasən sazlama işləri aparmaq və modernizasiya zamanı texniki dəstək vermək
Tələblər:
- Müvafiq sahədə 3 il iş təcrübəsi
- Məsuliyyətli, operativ və komandada işləmə bacarığı
İş şəraiti:
- İş yeri: Sumqayıt şəhəri
- İş qrafiki: 5 günlük
- İş saatları: 08:30-17:30
- Əməkhaqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında bildirələcək.
Mövzu yerinə “İsitmə-soyutma, havalandırma üzrə mexanik “qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.