Təlim Proqramı
Hörmətli,
ALMA Consulting and Investment Sizi təşkil olunacaq təlimə dəvət edir.
Təlim haqqında məlumatlar aşağıda qeyd olunmuşdur.
Təlim ilə bağlı sizi maraqlandıran sualları cavablandırmağa şad olarıq.
Təlimin adı: BÜTÜN MENECERLƏR üçün ISO 9001:2015 Keyfiyyət Menecmenti
ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin tətbiqi müasir günümüzdə bir çox şirkətlər tərəfindən vacib bilinir. Böhran vəziyyətində bazarda rəqabətə tab gətirən və inkişaf etməyi bacaran şirkətlər məhz ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin tətbiqini həyata keçirən şirkətlərdir. Həmin sistemi yaxşı tətbiq edən şirkətlər bilirlər ki, məhz keyfiyyət şirkətdə bütün sahələrə (rəhbərlik, insan resursları, istehsal, satınalma, marketinq və hamısı) və həmin sahələrin inkişafına birbaşa təsir edir. Keyfiyyətin idarəedilməsini bilən menecerlər də şirkətlərinin inkişafında mühüm rol oynayırlar.
Təlimdə iştirak edə bilər: keyfiyyətin idarə edilməsi üzrə mütəxəssislər, keyfiyyətə nəzarət mütəxəssisləri, mühəndislər, qida təhlükəsizliyi üzrə mütəxəssislər, sətəm mütəxəssisləri, insan resursları üzrə menecerlər, istehsal mühəndisləri, satınalma menecerləri, direktorlar, sahibkarlar və hər kəs.
Təlimdən əldə edəcəkləriniz:
- Şirkətdə rahat və sərbəst keyfiyyət idarəetmə sistemini qura biləcəksiniz
- İdarəetmə sisteminin daha səmərəli təşkili
- Şirkətə mənfi təsir edəcək risklərlə mübarizə
- Az xərc və çox mənfəət gətirəcək idarəetmə sisteminin qurulması
- Şirkət daxilində yaranana biləcək problemlərin əvvəlcədən müəyyənləşdirilməsi
- Səmərəli planlaşdırma
- Proseslərin keyfiyyət sisteminə görə qurulması
- Prosedurların sistemə uyğun hazırlanması
- Resursların səmərəli şəkildə idarə olunması
- Şirkətin daim inkişafı üçün beynəlxalq tələb və metodlar
Təlim proqramı:
1.Keyfiyyət İdarəetməsinin tarixi
2.Ümumi anlayışlar
3.Keyfiyyət İdarəetmə Sisteminin ISO 9001:2015-ə görə 7 prinsipi
4.Proseslərin idarə edilməsi
5.ISO 9001:2015 Sənədləşmə Prosesi
6.Risklərin İdarə Edilməsi
-Risklərin Müəyyənləşdirilməsi
-Risklərin Qiymətləndirilməsi
-Alternativlərin Tapılması
-Risklərə Nəzarət və İdarə Edilməsi
7.ISO 9001:2015 Keyfiyyət İdarəetmə Sisteminin Maddələri
Maddə 4: Təşkilatın Quruluşu
Maddə 5: Liderlik
Maddə 6: Planlaşdırma
Maddə 7: Dəstək
Maddə 8: Əməliyyat
Maddə 9: Performans Qiymətləndirmə
Maddə 10: Təkmilləşdirmə
8.Praktiki Çalışma (şirkət üzərində ISO 9001:2015-in praktiki tədbiqi)
Təlimin dili: Azərbaycan
Təlimin başlama tarixi: 01 Mart 2017-ci il saat 19:00
Təlimin müddəti: 32 saat , 1 ay
Təlimin vaxtları: 3 və 5-ci günlər saat 19:00-22:00
Təlimin qiyməti: fiziki şəxslər üçün 360 AZN
Koorporativ: Bir şirkətdən 6-10 nəfər iştirak etsə 10% Endirim, 10 nəfərdən artıq iştirak etsə 25% Endirim.
ƏLAQƏ
Əhməd Rəcəbli küç, 1.
012-511-50-66
077-489-01-00
[email protected]
www.almabaku.com