İşin təsviri
Neft-qaz, Dağ-mədən, Metallurgiya və Ümumi sənaye sahəsində fəaliyyət göstərən Beynəlxalq ticari əməliyyatlar yerinə yetirən şirkətə “Kimya layihələri üzrə satış mütəxəssisi “ və ya “Təcrübəçi” (burada təlim alaraq, özünü inkişaf etdirmək istəyi olan yeni başlayan mütəxəssislər) tələb olunur.
Tələblər:
- Ali təhsil (Kimya və ya Metallurgiya);
- Universiteti bitirmiş namizədlər müraciət edə bilər (və ya magistr tələbələri);
- Sahə üzrə müəyyən baza biliklər (Kimya, Kimya mühəndisliyi və ya Metallurgiya sahəsi üzrə təhsili olanlara üstünlük veriləcəkdir);
- Öyrənməyə açıq, dəqiq, punktual və cəld olmalı;
- Azərbaycan dili səlis, rus dili səlis, ingilis dili (B2 səviyyə) tələbdir;
- Kommunikasiya qabiliyyəti yüksək;
- İş təcrübəsi arzuolunandır;
- MC ofis proqramlarında müstəqil işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Təchizatçıların axtarışı və seçimi, tenderlərdə iştirak;
- Kommersiya təkliflərinin və tədarük şərtlərinin analizi;
- Qiymətlər, müddətlər və əməkdaşlıq şərtləri üzrə danışıqların aparılması;
- İstehsalçılar / təchizatçılar / sifarişçilərlə müqavilələrin hazırlanması və bağlanması;
- Müqavilə öhdəliklərinin icrasına nəzarət (müddətlər, həcm, keyfiyyət);
- Daxili bölmələrlə qarşılıqlı əlaqə (logistika, mühasibatlıq, və s.);
- Zəruri sənədlərin və hesabatların vaxtında təhvil verilməsi;
İş qrafiki:
- 5 günlük iş rejimi
- İş saatları 09:00 – 18:00 (13:00 -14:00 nahar fasiləsi)
- Əmək haqqı – Müsahibə əsasında müəyyənləşdiriləcəkdir
- Nahar şirkət tərəfindən təmin edilir.
Hörmətli namizədlər, CV-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.