ŞÖBƏ: Marketinq
VƏZİFƏNİN ADI: Marketinq və Tanıtım üzrə Mütəxəssis
HESABATLILIQ: Direktor
ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
1. Şirkətin marketinq siyasətinin formalaşmasında iştirak etmək və həmin siyasətə uyğun “Strateji Marketinq Planı”nı hazırlamaq;
2. Office Lines şirkətinin marketinq və tanıtım işi üzrə SWOT (Strengths - Gücümüz, Weaknesses – Zəif yerlərimiz, Opportunities - İmkanlar, Threats – Təhlükələr) analizi aparmaq;
3. Qəbul olunmuş “Strateji Marketinq Planı” və şirkətin hədəflərinə uyğun olaraq:
o Marketinq planında göstərilmiş qrafikə uyğun bazar araşdırması və analizi aparmaq;
o Bazarın hazırki və potensial tələblərinə uyğun mal və xidmətləri araşdırmaq
4. “Strateji Marketinq Planı”nın 1-ci il üçün fəaliyyət planı və büdcəsini hazırlamaq;
5. Office Lines şirkətinin və xidmətlərinin bazarda daha çox tanınması, şirkət haqqında məlumatların daha əlçatan olması üçün marketinq planına uyğun tədbirləri təşkil etmək;
6. Plana uyğun olaraq, Office Lines şirkəti və xidmətləri haqqında məlumatlar yerləşdirilmiş çap materiallarının (kataloqlar, broşürlər, flayerlər və s.) hazırlanması və müvafiq olaraq yayılması;
7. Şirkətin fəaliyyətinə aidiyyəti olan, o cümlədən, sərgilər, konfranslar, təqdimatlar və s. kimi tədbirlərdə şirkəti təmsil etmək, şirkət haqqında məlumatları yaymaq (bannerlərin, reklam roliklərinin və s. hazırlanması və yerləşdirilməsi);
8. Office Lines şirkətinin online məkanda, WEB səhifə, sosial media və digər internet resursları istifadə etməklə tanınma səviyyəsini artırmaq;
9. Office Lines WEB səhifəsinin müştərilərlə korporativ ünsiyyət alətinə çevrilməsinə nail olmaq, səhifənin daimi yenilənməsinə nəzarət etmək, marketinq planına uyğun olaraq online/digital marketinq və digər aksiya və kampaniyaları təşkil etmək və monitorinqini aparmaq;
VƏZİFƏ ÜZRƏ İLKİN TƏLƏBLƏR
o Marketinq, bazar araşdırmaları və şirkət tanıtımı üzrə iş təcrübəsi
o Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (ingilis və rus dili bilgisi ciddi üstünlük hesab edilir)
o Fikrini aydın ifadə etmə və təqdimat bacarığı
o Məlumatların toplanması ilə marketinq işlərini təmin etmək
o Məlumatları sistemli şəkildə toplamaq və emal etmək
o Məlumat bazalarından və internetdə axtarışlardan istifadə etmək
o Hesablama aparmaq və büdcə tərtib etmək
E - mail : [email protected]