Tibb bacısı

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Həkim-kosmetoloq tərəfindən təyin olunan profilaktik və müalicəvi tədbirlərini həyata keçirir.
  • Kosmetik prosedurların icrasını təmin edir.
  • Avadanlıqları işə hazırlayır, onların sazlığına və düzgün istismarına, vaxtında təmirinə və silinməsinə nəzarət edir.
  • Pasiyentləri prosedurlara hazırlayır, prosedur zamanı onların vəziyyətinə nəzarət edir.
  • Pasiyentlərin və tibbi heyətin infeksiyadan qorunmasını təmin edir, tibbi reabilitasiya şöbəsində infeksion nəzarət tələblərinə əməl edir.
  • Tibbi sənədləri aparır.
  • Prosedurlar zamanı kabinetdə aseptika və antiseptika qaydalarına ciddi şəkildə əməl olunmasını təmin edir.
  • Alət və materialları qüvvədə olan təlimatlara uyğun sterilizasiya edir.
  • Alət, avadanlıq, dərman və materiallara dair tələbatı vaxtında tərtib edir və müəyyən olunmuş qaydada onların təminatını həyata keçirir.
  • Prosedur kabinetinin sanitariya-gigiyena vəziyyətini təmin edir.

Tələblər:

  • Tibb bacısı ixtisası üzrə orta ixtisas təhsili (dövlət və ya özəl tibb kollecinin diplomu).
  • Damar daxili inyeksiyalar (sistem qoşulması və iynə vurulması) üzrə praktik bacarıqlara sahib olmaq
    Ən azı 6 ay işlədiyi sahədə təcrübə.
  • Kompyuter bacarıqları üstünlükdür.
  • Azərbaycan dili səlist, rus dili – yaxşı
  • Pasiyentlərlə etik davranış, gülərüz və məsuliyyətli yanaşma
  • Komanda ilə işləmə bacarığı,
  • İşini dəqiqliklə, diqqətlə və məsuliyyətlə yerinə yetirmək.

İş Şəraiti:

  • İş qrafiki:  Həftənin 2, 3, 5 cü günləri saat 09:00 – dan 20:00 – dək  digər günlər istirahət günləridir. 
  • Əmək haqqı: 500 azn (net)

Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV- zi  mövzu hissəsində "Tibb bacısı" qeyd etməklə
Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.