“ABB” ASC-nin Maliyyə Menecmenti departamentinin Büdcə, İFRS hesabatlılıq və Uçot şöbələrində yay dövrü üçün təcrübəçi (intern) vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Qeyd olunan şöbələrdə gündəlik işlərin görülməsi;
Verilənlərin təhlil üçün yaralı hala salınması;
Hesabatların hazırlanması;
Vakant vəzifə üzrə tələblər:
Ali iqtisadi təhsil (Maliyyə, kredit, iqtisadiyyat);
Azərbaycan və İngilis dillərində mükəmməl danışıq və yazı bacarığının olması
Ofis proqramlarında sərbəst işləmək bacarığının olması (SQL və Macros bilənlərə üstünlük verilir)
ACCA , CIMA və digər tanınmış sertifikatlar üzrə imtahanlara hazırlaşanlara üstünlük veriləcək
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq
Təcrübənin sonunda iş təklifi almaq
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 iyun 2018-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təcrübəçi- Maliyyə” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az