Marketinq üzrə mütəxəssis

İşin təsviri

Vəzifənin adı : Marketinq üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Bazarın tələblərinin öyrənilməsi, rəqiblərin məhsul və xidmətlərinin tədqiq olunaraq analitik rəylərin hesabat formasında hazırlanaraq təqdim edilməsi;
• İllik marketinq planının hazırlanması prosesində iştirak;
• Müəssisənin bazarda təqdim etdiyi bütün növ məhsul və xidmətlərinin reklam və PR fəaliyyətinin təşkilində iştirak;
• Müəssisənin mövcud marketinq kampaniyalarını daim nəzarətdə saxlamalı və gedişi ilə əlaqədar departamentin rəhbərinə hesabat təqdim etmək;
• TV, Radio, OOH, Print, Digital, BTL və başqa kammunikasiya kanallarının idarə olunması;
• Qoyulmuş hədəflər və görülmüş işlər üzrə mütamadi hesabatların hazırlayıb, təqdim etmək;
• Daima yeni ideyalar təklif etmək.

Təhsil/Təcrübə: 

• Ali təhsil (Marketinq sahəsində  təhsil arzuolunandır);
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi (İstehsalat müəssisəsində iş təcrübəsi arzuolunandır);
• Azərbaycan, Rus dili bilik səviyyəsi əla, İngilis dili arzu olunandır;
• Microsoft Office proqramlarını peşəkar istifadəçi səviyyəsində bilmək;
• Power Point Vasitəsilə mükəmməl hesabat formalarının hazırlanması;
• Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• 5 günlük iş həftəsi;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• E-mail:  [email protected]

İşəgötürənin reytinqi