Hüquqşünas

  • Baku Bus
  • Elanın qoyulma tarixi: 31.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Baku Bus” MMC  aşağıda qeyd edilmiş vakant iş yerinə  işçi qəbulu elan edir.

Hüquqşünas

1. Cəmiyyətin fəaliyyəti ilə bağlı normativ hüquqi sənədlərin hazırlanmasında yaxından iştirak etmək;
2. Struktur bölmələrin əsasnamələrinin və daxili prosedurların hazırlanmasında iştirak etmək, hazırlanmış sənədlərin qanunauyğunluğunu yoxlamaq;
3. Cəmiyyətin əmr və qərarlarının, həmçinin etibarnamə və məktubların layihələrinin hazırlanmasına köməklik göstərmək;
4. Müqavilələrin hüquqi ekspertizasını və tərtibatını həyata keçirmək;
5. Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi və müvafiq struktur bölmələrin işçilərini məlumatlandırmaq;
6. Cəmiyyətin tərəfdaşları ilə bağlanılacaq müqavilələrin standart formasının hazırlanıb struktur bölmələrə verilməsinin təmin etmək;
7. Hüquq-mühafizə, məhkəmə, və digər dövlət orqanları və qurumlarda səlahiyyətləri çərçivəsində Cəmiyyəti təmsil etmək;
8. Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

 Ali hüquqi təhsil,
 Yaş həddi – Maksimum 50
 Müvafiq sahədə ən azı 3 il təcrübə
 Ehtiyatlılıq və dəqiqlik qabiliyyəti,
 MS Office proqramında işləyə bilmək bacarığı,
 Azərbaycan dilində sərbəst danışmaq, oxumaq və yazmaq,
 İngilis və rus dillərini bilmək arzuolunandır.
 
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz.