Şəbəkə və Sistem Administratoru

İşin təsviri

PITS Azərbaycan Texnoloji Həllər Şirkəti

Vəzifənin adı: Şəbəkə və Sistem Administratoru

Tələblərimiz:

- Minimum 3 il iş şəbəkə və sistemlərin idarə edilməsi sahəsində iş təcrübəsi
- Minimum bakalavr təhsili (diplomun təqdim edilməsi vacibdir)
- Azərbaycan və Ingilis dillərində sərbəst danışmaq və yazmaq bacarığı olan, rus dilini isə oxuyaraq başa düşmək
- VMware VSphere və Microsoft Hyper-V virtuallaşdırma sistemlərinin idarəedilməsini və nəzarətini həyata keçirmək
- Windows Server əməliyyat sistemlərinin idarə olunması və nəzarəti, Active Directory, DHCP, DNS, RAID sistemləri haqqında biliklərə və təcrübəyə sahib olmaq
- Cisco, HP Router və Switchlərinin idarə olunması, IP Addressing & Subnetting biliklərinə və təcrübəyə malik olmaq
- Görülən işlərin texniki cəhətdən sənədləşdirilməsi və şəbəkə planlamasını aparmaq
- Əməliyyat sistemlərinin istifadə etdiyi əsas fayl sistemləri haqqında biliklərə sahib olmaq
- Yeni bilik və bacarıqlara tez yiyələnmək, yeni texnologiyaları mənimsəmək
- MCSA, MCSE, MCP, VCP, VCAP, CCNA, CCNP sertifikatlara sahib olan mütəxəssislərə üstünlük veriləcəkdir

Vəzifə öhdəlikləri:

- Əməliyyat sistemlərinin qurulması, uyğunlaşdırılmasınidarə və nəzarət etmək
- Fiziki serverlər, “routerlər”, “switch”, “storage”-ların qurulması, idarə olunması və nəzarəti həyata keçirmək
- Daimi profilaktik tədbirləri planlaşdırmaq, həyata keçirmək və rəhbərliyə bu barədə hesabalatlar təqdim etmək
- Sistemlərin yüksək dərəcədə balanslaşdırılması və etibarlı işini təmin etmək
- Yaranan fiziki və məntiqi texniki problemləri vaxtında aradan qaldırmaq
- Linux əməliyyat sistemini qurmaq, uyğunlaşdırma, idarə və nəzarət etmək
- Məlumat təhlükəsizliyi üçün texnili nəzarət mexanizmlərini planlaşdırmaq, tətbiqinə nəzarət etmək
- “Backup” sistemlərini quraşdırmaq, tələblərə əsasən uyğunlaşdıraraq nəzarəti həyata keçirmək
- Şəbəkələrin fiziki və məntiqi struktur diaqramlarını qurmaq, İT prosedurları hazırlamaq
- İT sisteminin elementləri ilə əlaqədar işlə bağlı problemlər haqqında vaxtında bildiriş etmək
- Sistemlərin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə vaxtaşırı hesabat vermək
- Şirkətin İT siyasət və prosedurlarına uyğun formada işləmək
- İT əməliyyatlarında və texniki avadanlıqlar üçün maddi məsuliyyət daşımaq
- Birbaşa rəhbərinin şifahi və yazılı göstərişlərini yerinə yetirmək
- Şirkətin bütün məlumatlarının və iş prinsipinin məxfiliyini təmin etmək

Əlavə məlumatlar:

- Maaş: Namizədin təcrübəsinə, bilik və bacarıqlarına və dil biliklərinə uyğun olaraq razılaşdırılacaq
- Namizədlər interview öncəsi məntiq və dil bacarıqlarından test üsulu ilə yoxlanılacaq.
- Şirkət tərəfindən nahar təmin edilir

CV-lərinizi  şəkilli və PDF formatında [email protected] -a göndərin – məktubun başlığında “Şəbəkə və Sistem Administratoru” qeyd etməyiniz vacibdir.