Qaynaq işlərinə nəzarət üzrə Mütəxəssis
Tələb olunan iş Bacarığı:
- Keyfiyyətə nəzarət hesabatların tərtib edilməsi;
- Qüsurlu iş və ya materialların düzəldilməsinin, dəyişdirilməsinin tələb edilməsi;
- Lazımi yoxlamaların (xüsusi avadanlıqlarla) həyata keçirilməsi;
- İşlərin keyfiyyəti və layihəyə uyğunluğu üzrə gündəlik yoxlamaların aparılması və uçotun hazırlanması;
- Keyfiyyət üzrə prosedurların hazırlanması, sənəd tərtibatı;
- Əsaslı tikinti və təmir işləri üzrə qüvvədə olan normativ sənədlər
- Texniki nəzarət vəsaitlərindən istifadə edilməsi qaydaları;
- İstehsalat və əmək intizamı qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və nоrmaları
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, yanğın əleyhinə mühafizəyə qoyulan tələblərə riayət olunmasına nəzarət edilməsi;
Tələb olunan təhsil və biliklər:
- Ali və ya orta ixtisas təhsili;
- İSO 9712 – yə uyğun olaraq NDT metodu ilə (ultrasəs, maqnit, radiasiya və vizual) işləyə bilən və 2 – ci dərəcə sertifikatı olan;
- Qaynaq işlərinə nəzarət üzrə mütəxəssis olaraq inşaat sektorunda ən az 3 il (fasiləsiz) iş təcrübəsi olmalı;
- Azərbaycan dilini əla səviyyədə bilməli və yüksək səviyyədə yazı vərdişləri;
- Microsoft Office proqramlarını əla səviyyədə bilməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-45 AZN
- Əmək haqqı 700-1500 AZN (təhsil, iş stajı, iş bacarığı və s nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
- İş rejimi: həftədə 6 gün, 09.00-dan 18.00-dək (nahar fasiləsi 2 saat)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Qaynaq işlərinə nəzarət üzrə mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.