Mühəndis- isitmə, ventilasiya sistemləri (layihəçi)

  • Qara Çay Holdinq
  • Elanın qoyulma tarixi: 06.03.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"Qara Çay" Holdinq inşaat, kənd təsərrüfatı, otelçilik, atçılıq idmanı kimi sahələri, kənd təsərrüfatı və inşaat texnikalarının satış və icarəsini öz fəaliyyət dairəsində cəmləşdirən iri bir şirkətdir. Bir çox nazirlik və hökumət orqanları ilə əməkdaşlıq edən şirkət həm Bakıda, həm regionlarda, həm də bir sıra xarici ölkələrdə müxtəlif layihələrin müəllifidir.

Hazırda “Qara Çay” holdinqə Mühəndis- isitmə, ventilasiya sistemləri (layihəçi) tələb olunur.

Vəzifə öhdəlikləri:

Sənaye bina və tikililərinin, inzibati binaların isitmə, ventilasiya sistemlərinin layihələndirilməsi;
Layihələndirmə üçün ilkin məlumatın yığılması;
Sifarışçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
İsitmə, ventilasiya sistemləri üzrə layihə və işçi sənədlərin işlənilməsi;
Layihə sənədlərinin razılaşdırılması və ekspertizasında iştirak edilməsi;

Namizədə qoyulan tələblər:

Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
Müvafiq sahədə ali təhsil;
MS Office proqramları, AutoCAD;
Azərbaycan, rus, ingilis dilləri;
İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
Məsuliyyətlilik;
Komandada işləmək bacarığına malik olmaq, eləcə də müxtəlif və çox funksionalı komandada əməkdaşlıq edə bilmək;

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.