Memar

  • Qara Çay Holdinq
  • Elanın qoyulma tarixi: 14.03.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"Qara Çay" Holdinq inşaat, kənd təsərrüfatı, otelçilik, atçılıq idmanı kimi sahələri, kənd təsərrüfatı və inşaat texnikalarının satış və icarəsini öz fəaliyyət dairəsində cəmləşdirən iri bir şirkətdir. Bir çox nazirlik və hökumət orqanları ilə əməkdaşlıq edən şirkət həm Bakıda, həm regionlarda, həm də bir sıra xarici ölkələrdə müxtəlif layihələrin müəllifidir.

Hazırda “Qara Çay” holdinqə Memar tələb olunur.

Vəzifə öhdəlikləri:

- Müxtəlif məqsədlər üçün tikilən obyektlərin kompleks layihələrinin memarlıq hissəsinin işlənib hazırlanması;
- Bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində, nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edilməsi;
- Layihə işlərinin müəyyən olunmuş vaxtda yerinə yetirilməsinə riayət edilməsi, keyfiyyət və səmərəlilik göstəricilərinin artırılması, eləcə də qəbul olunmuş layihə tapşırıqlarının layihələndirmə və tikinti üzrə qüvvədə olan normativ materiallara uyğunluğunun təmin edilməsi;
- Layihənin memarlıq hissəsinin digər bölmələrlə əlaqəsini, lazımi texniki sənədlərin komplektliyini, layihələndirmənin bütün mərhələlərində layihə materiallarının həcminin azaldılmasının təmin edilməsi;
- Yuxan təşkilatlarda və ekspertiza orqanlarında layihələrə baxılmasında, razılaşdırılmasında və müdafiəsində iştirak edilməsi;
- Layihə olunmuş obyektlərin tikintisinə müəllif nəzarəti edilməsi, istifadə olunan tikinti materiallarının, konstruksiyaların, layihə üzrə təsdiq olunmuş məmulatın standartlarına və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi;
- Layihələndirməyə və tikintiyə aid normativ materialların işlənib hazırlanmasında iştirak edilməsi;
- Layihələndirmə və tikintidə olan qabaqcıl təcrübənin öyrənilməsi;

Namizədə qoyulan tələblər:

- Aidiyyatı sahə üzrə ən azı 10 il iş təcrübəsi;
- Memar ixtisası üzrə ali təhsil;
- MS Office proqramları, AutoCAD (əlavə dizayn proqramları arzu olunandır);
- Azərbaycan, rus, ingilis dilləri;
- İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
- Məsuliyyətlilik;
- Komandada işləmək bacarığına malik olmaq, eləcə də müxtəlif və çox funksionalı komandada əməkdaşlıq edə bilmək;

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.