Mühəndis / Texniki istehsalat şöbəsi

  • Qara Çay Holdinq
  • Elanın qoyulma tarixi: 28.05.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"Qara Çay" Holdinq inşaat, kənd təsərrüfatı, otelçilik, atçılıq idmanı kimi sahələri, kənd təsərrüfatı və inşaat texnikalarının satış və icarəsini öz fəaliyyət dairəsində cəmləşdirən iri bir şirkətdir. Bir çox nazirlik və hökumət orqanları ilə əməkdaşlıq edən şirkət həm Bakıda, həm regionlarda, həm də bir sıra xarici ölkələrdə müxtəlif layihələrin müəllifidir.

Vakansiya: Mühəndis / Texniki istehsalat şöbəsi


Vəzifə öhdəlikləri:

Tikinti, istehsalat, texniki nəzarət üzrə işlərin yerinə yetirilməsi;
İşçi sənədlərinin alınması, layihə sənədlərinin layihə ilə nəzərdə tutulmuş materialların spesifikasiyası və TQİ-nin (tikinti-quraşdırma işlərinin) fiziki həcimləri ilə uyğunluğunun yoxlanılması və sənədlər paketinin təmin edilməsi;
İşlərin qrafiklərinin, sxem və diqər texniki sənədlərin tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
Layihə və planların həyata keçirilməsində metodiki və praktiki yardım göstərilməsi;
Texniki sənədlərin ekspertizasını həyata keçirməklə çatışmazlığın müəyyənləşdirilməsi, aradan qaldırılması tədbirlərinin həyata keçirilməsi;
Lazım olan texniki məlumatların, işin göstəricilərinin və nəticələrinin təhlil edilməsi, sistemləşdirilməsi, müasir texniki vasitələrdən istifadə etməklə zəruri olan hesabatların aparılması;
Qoyulmuş tələblərə qüvvədə olan normalara, qayda və standartlara riayət olunmasına nəzarət edilməsi;
Yerinə yetirilmiş TQİ-nin qəbulu AKT-larının (Forma 2) tərtib edilməsi;
İşçi sənədlərinin, iş icraatı layihələrinin, iş icraatı jurnallarının tikinti sahələrinə vaxtında verilməsinin təşkil edilməsi;
Obyektlərin istismara buraxılmasını təmin edilməsi, qəbul komissiyası üçün sona çatdırılmış obyektlərə aid sənədlərin hazırlanması;
Podrat və subpodrat təşkilatların işlərinin vaxtlı-vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi;
Texniki hesabatların yoxlanılması;

Namizədə qoyulan tələblər:

Tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil;
MS Office proqramları, AutoCAD;
Azərbaycan, Rus, İngilis dilləri;
Yaş- 30-40;
İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı;
Məsuliyyətlilik;
Komandada işləmək bacarığına malik olmaq, eləcə də müxtəlif və çox funksionalı komandada əməkdaşlıq edə bilmək;

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində Mühəndis / Texniki istehsalat şöbəsi qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.