Kran operatoru

  • Qara Çay Holdinq
  • Elanın qoyulma tarixi: 20.06.2019
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"Qara Çay" Holdinq inşaat, kənd təsərrüfatı, otelçilik, atçılıq idmanı kimi sahələri, kənd təsərrüfatı və inşaat texnikalarının satış və icarəsini öz fəaliyyət dairəsində cəmləşdirən iri bir şirkətdir. Bir çox nazirlik və hökumət orqanları ilə əməkdaşlıq edən şirkət həm Bakıda, həm regionlarda, həm də bir sıra xarici ölkələrdə müxtəlif layihələrin müəllifidir.

Hazırda “Qara Çay” holdinqə Kran operatoru tələb olunur.

Vəzifə öhdəlikləri:

- Şirkətin məsul şəxslərinin göstərişi əsasında kranın idarə edilməsi; 
- Krandan istifadə zamanı irəli sürülən texniki tələblərə və təhlükəsizlik qaydalarına əməl edilməsi; 
- Kranın təchizatı və baxımı ilə müntəzəm olaraq maraqlanılması və ortaya çıxan problemlərin məsul şəxslərə bildirilməsi;
- Kranın daim hazır vəziyyətdə saxlanılması və yanacaqla təmin edilməsi; 
- Kranın təmizliyinə, texniki baxışına daim nəzarət edilməsi; 
- İdarə etmək üçün ona verilmiş texnikanın (kranın) təyinatına uyğun və səliqəli istismar edilməsi;
- İş zamanı nasaz olduğu halda dərhal kranın istismarının dayandırılması və birbaşa rəhbərinə məlumat verilməsi.

Namizədə qoyulan tələblər:

- Aidiyyatı sahə üzrə 3-5 il iş təcrübəsi;
- Nəqliyyat vasitəsini idarə etmə hüququ (sertifikata sahib olan operatorlara üstünlük veriləcəkdir);
- Məsuliyyətlilik;
- Yüksək səviyyədə eşitmə və görmə qabiliyyəti.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifənin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.