Aparıcı Mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
  • Daxil olan pul vəsaitlərinin, mal-material və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq;
  • Aylıq əmək haqqlarının hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
  • Son haqq-hesab, bütün növ məzuniyyətlərin, xəstəlik vərəqələrinin, mükafat və s. ödənişlərin hesablanmasının və vaxtında ödənilməsinin təmin edilməsi;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin və öhdəliklərin, material ehtiyyatlarının və hesab- fakturaların uçotunu aparmaq;
  • Debitor və kreditor borclara nəzarət, mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təmin etmək;
  • Bütün növ mühasibat əməliyyatlarının 1C 8.3 ERP  mühasibatlıq proqramına daxil edilməsi
  • Sənədlərin, hesabatların qanunvericiliyin tələblərinə uygun formada və vaxtında düzgün şəkildə tərtib edilməsi;
  • Mal - material uçotu, anbar qalığı, dövri inventarizasiyanın aparılması.

Tələb olunan təhsil, təcrübə və bacarıqlar:

  • Təhsil: Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və İqtisadi təhsil sahələrdə bakalavr dərəcəsi);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;
  • Dil bilikləri: Azərbaycan dilində mükəmməl danışıq və yazı qabiliyyəti, rus dili - arzuolunandır.
  • Kompüter bacarıqları: MS Office proqramlarını və 1C proqramını yüksək səviyyədə bilməli;

İş şəraiti:

  • İş yeri: Sumqayıt şəhəri,
  • İş rejimi: 6 günlük;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Əmək haqqı: 1200 — 1500 AZN

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu “Aparıcı mühasib” yazaraq elektron poçt ünvanına göndərmələri xahiş olunur.