Mikrobioloq

  • Gazelli Group
  • Elanın qoyulma tarixi: 01.03.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şirkət: “GAZELLİ GROUP” MMC

Vəzifə: Mikrobioloq

Ünvan: Bakı şəh., Şüvəlan qəs., Almas Yıldırım küç., 4

Bilməlidi:

• Mikrobioloji analizlərin aparılmasını;
• Laborator və analitik avadanlıqlardan istifadə qaydalarını;
• Qidalı mühitlərin, reaktivlərin və məhlulların hazırlanmasını;
• İstehsalatdan nümunələrin götürülmə qaydalarını;
• Hesabatların aparılmasını;
• Sənədlərin tərtib edilməsi və doldurulmasını;
• Qanunvericiliyin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma, qaydalarını.

Tələblər:

• Ali təhsil (tibbi təhsilə üstünlük verilir)
• Azərbaycan, Rus  dillərində sərbəst danışmaq qabiliyyəti, (ingilis dilini bilməsinə üstünlük verilir);
• MS Office proqramlarından istifadə etmək bacarığı;
• Əlaqəli sahədə 2 ildən az olmayaraq iş təcrübəsinə malik olmalı;
• Fərdi keyfiyyətlər: məsuliyyətli , diqqətcil və ünsiyyətcil olmalı.

Şərtlər:

• İş qrafiki: həftənin 5 günü, saat 08.00-17.00
• Stabil iş
• İşə qəbul AR ƏM əsasında
• Qidalanma, işçinin işə çatdırılması (avtobus) şirkət tərəfindən
• Əmək haqqı razılaşma əsasında

Şirkət haqqında məlumat:

Azərbaycanda 20 ildən çox uğurla fəaliyyət göstərən, kosmetika və ətriyyat, kosmetologiya və məişət kimyası vasitələrinin istehsalı sahəsində ən aparıcı şirkət olan “Gazelli Group” MMC, gözəllik və sağlamlıq mərkəzləri şəbəkəsinə, habelə Müasir İncəsənət Qalereyasına malikdir.
Müsahibə bütün daxil olan və seçilən CV –lər əsasında aparılacaq.
CV - lər 01 aprel 2018-ci il tarixinədək qəbul olunur.

Xahiş edirik, mövzu hissəsində “Mikrobioloq” yazaraq, öz CV-lərinizi fotoşəkil ilə və gözlənilən əmək haqqını [email protected] e-poçt ünvanına göndərəsiniz.

Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi