Gazelli Group


1999-cu ildə tibb elmləri namizədi Zərifə Həmzəyeva tərəfindən təsis edilmiş Gazelli Group Azərbaycanda yeganə təbii bioloji komponentlər əsasında kosmetik məhsulları istehsal edən kompaniyadır. Zərifə Həmzəyevə milli kosmetika məhsulları istehsalının yaradıcısıdır, ilk azərbaycanlı qadındır ki, diqqəti Odlar yurdunun zəngin təbiətinə yönəldib və respublikamızda ilk dəfə naftalanın müalicəvi xassəsindən kosmetika məhsullarında istifadə edib. Məhsulların resepturası hazırlanarkən əsas diqqət Azərbaycanın zəngin təbii sərvətlərinə yönəldilir. Həmçinin Gazelli Group kompaniyasına Gazelli Shuvelan, "Sheraton” otelində yerləşən Gazelli SPA &Wellness və yeni formatlı gözəllik və sağlamlıq mərkəzi olan Gazelli Evi daxildir. Üstünlüyü ondan ibarətdir ki, buraya gəlməklə, həm istirahət, kosmetik vasitələrinin alışı, həm də gözəllik və sağlamlığınıza qulluq etməyini təmin edə bilərsiniz.
Kompaniya Şərq ənənələrinin, Qərb fəlsəfəsinin, elm və texnologiyanın birləşməsi vasitəsilə yaranıb və inkişaf etmişdir. Gazelli Group tərəfindən istehsal olunan 100-dən artıq məhsulların tərkibində patentləşdirilmiş unikal aktiv maddələr özünəməxsus yer tutur. Bu gün muasir texniki baza ilə təçhiz olunmuş və 12 000 m2-dən artıq sahəsi olan Gazelli fabriki ay ərzində 1.500.000 vahidədək məhsul istehsal etmək imkanına malikdir. Gazelli Groupun istehsal olunan bütün məhsulların keyfiyyətinə yüksək səviyyədə nəzarət edən istehsalat laboratoriyası var.
Kompaniyanın məhsulları bir neçə nüfuzlu Beynəlxalq Sərgilərdə uğurla təqdim edilmişdir, həmçinin Milli və Beynəlxalq mükafatlara layiq görülmüşdür. 2011-ci ildə isə naftalan yağı əsasında yaradılmış Gazelli Triple Youth kolleksiyası dünyanın ən məşhur “Harrods” Ticarət Mərkəzində (Böyuk Britaniya, London) satışa çıxarılmışdır və çox qısa zamanda istehlakçıların etimadını qazanmışdır.
Gazelli Group xanımlara və bəylərə sağlamlıq, gözəllik və cavanlıq bəxş edən bir aləmdir. Məqsədimiz isə hər kəsə harmoniya və gözəllik dolu qeyri adi dünyanı bəxş etməkdir.

 

İşəgötürənin reytinqi

Rəy yoxdur. Bəlkə bu şirkət haqda elə birinci rəyi sən yazasan?