Maliyyə şöbəsinin Mühasibatlıq sektoruna Mütəxəssis

  • Elanın qoyulma tarixi: 20.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vakansiyanın adı: Maliyyə şöbəsinin Mühasibatlıq sektoruna Mütəxəssis

İş yeri: Bakı şəhəri

Əsas vəzifə və öhdəliklər:

• Cəmiyyətin təsərrüfat-maliyyə və hasilat fəaliyyətinin perspektiv, illik və operativ plan layihələrinin tərtibi üçün ilkin məlumatların işlənilməsi;
• Əmək haqqı, ezamiyyət və digər ödənişlərin uçotunun aparılması;
• Əmək haqqı və Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə əlaqədar statistik hesabatların hazırlanması;
• Mühasibat arayışlarının hazırlanması, əmək haqqı, ezamiyyət, güzəştlər və vergi məbləğlərinin hesablanması;
• Mühasibatlıqda kargüzarlıq işini təşkil edilməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Komanda ruhu, şəxsi və peşəkar inkişaf, riyazi biliklər və analitik düşüncə, hesabat yazma səriştəsi;
• Müvafiq qanunvericilikləri bilməli (Vergi məcəlləsi,Əmək məcəlləsi və s.);
• Komputer bilikləri: Microsoft Office və digər proqramlar
• Dil bilikləri: Azərbaycan dili (mükəmməl), Ingilis dili arzu olunandır;
• Müxtəlif peşə (ACCA, CPA, CFA və s.) kvalifikasiyalarına malik olmaq arzu olunandır;

Tələb olunan təhsil və iş təcrübəsi:

• İqtisadiyyat, maliyyə yönümlü ixtisaslar üzrə ali təhsil;
• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Mühasibatlıq sektorunun mütəxəssisi" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

tərəfindən digər vakansiyalar