EKOLOJİ MƏSƏLƏLƏR ÜZRƏ APARICI MÜHƏNDİS
VƏZİFƏ T Ə L İ M A T I
1. Vəzifə öhdəlikləri:
• Neft və qazın hasil edilməsi və nəqli zamanı ekologiyanın, xüsusilə açıq su hövzələrinin (dəniz, göllər, çaylar), atmosferin, münbit torpaqların, mədən sahələrinin neft, neft məhsulları və çirkab suları ilə çirkləndirilməsinin qarşısını alan illik tədbirlərin hazırlanmasını təmin etmək;
• Ekologiya sahəsində 2-TG (su təsərrüfatı), 2-TG (hava), 2-TG (toksiki tullantılar), 4-ƏM (çəkilən xərclər, ekoloji ödənişlər) statistik hesabatları təyin olunan müddətlərdə tərtib etmək və ünvana vaxtında çatdırılmasını təmin etmək;
• Ekologiya sahəsində yeni texnologiyalar və innovasiya layihələri, alternativ enerji mənbələri, beynəlxalq ekoloji qurumlar ilə əlaqələr, maarifləndirmə və təbliğat üzrə işlərə rəhbərlik etmək;
• Struktur bölmələri ilə ekologiya üzrə illik və perspektiv planların layihələrini, təşkilati-texniki tədbirlərin işlənməsini təşkil etmək;
• Lay sularının idarə olunmasında qapalı sistemin tətbiqi məqsədilə uducu laylara suvurma sistemində lay sularından maksimum istifadə edilməsi, onların utilizə edilməsi üzrə tədbirlər işlənib hazırlanmasını təmin etmək;
• Ətraf mühitin çirklənməsinin qarşısını alan yeni texnika və qabaqcıl texnologiyanın sınaq tətbiqində iştirak etmək;
• Tikintisi başa çatmış təmizləyici qurğuların və təbiəti qoruyucu obyektlərin istismara qəbul edilməsində iştirak etmək;
• Alternativ enerji mənbələrinin öyrənilməsi və tətbiqinin araşdırılması;
• Ekoloji risklərin qiymətləndirilməsi və struktur təşkilatların ekolji sığorta məsələlərinin həyata keçirilməsi;
• Ekoloji pozuntuların nəzarət mexanizminin həyata keçirilməsi, onların nəticələrinin aradan qaldırılması üçün tədbirlər planının işlənməsi və həyata keçirilməsi;
• Şöbə və departamentlərə ekoloji məsələlərdə elmi-metodik köməklik göstərməsin təmin etmək;
• Su hövzələrinin çirklənməsinin qarşısının alınmasına, torpaqların rekultivasiyası, bərpa və bioremediasiya olunmasının təşkilinə rəhbərlik etmək;
• Neft və qaz yataqlarının işlənməsi və abadlaşdırılması layihələrində su hövzələrinin, havanın, torpağın, meşələrin, təbii yataq və mənbələrin və s. qorunması məqsədilə ekoloji tədbirlərin hazırlanmasına rəhbərlik etmək;
• Şöbənin ətraf mühitin mühafizəsi üzrə işlərinin düzgün qurulmasına nəzarət edir;
• əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət edir;
• Şöbənin fəaliyyətinə aid olan məsələlərə baxılarkən Əməyin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın işində iştirak edir.
2. Bilməlidir:
• Azərbaycan Respublikasının ekologiya və ətraf mühitin qorunması sahəsində əsas qanunları;
• Azərbaycan Respublikası Milli Məclisinin ratifikasiya etdiyi Ekoloji Konvensiyaları;
• regional və milli ekoloji proqramları;
• ekologiya və ətraf mühitin qorunmasında beynəlxalq təcrübəni;
• İstehsalatda olan ekoloji problemlər və onların həlli yollarını;
• Neftlə çirklənmiş torpaqların rekultivasiya və bioremedisiya üsulları ilə təmizlənmə texnologiyalarını;
• ekologiya sahəsində 2-TG (su təsərrüfatı), 2-TG (hava), 2-TG (toksiki tullantılar), 4-ƏM (çəkilən xərclər, ekoloji ödənişlər) statistik hesabatlarının hazırlanmasını;
• ekologiya sahəsində yeni texnologiyalar və innovasiya layihələrini;
• kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;
• kargüzarlıq, sənədlərin tərtib edilməsi və rəsmiləşdirilməsi qaydalarını;
• əməyin mühafizəsi, təhlükəsizlik texnikası, ətraf mühitin mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını.
3. Ixtisas tələbləri – ali texniki təhsil və bu sahə üzrə 5 ildən az olmayaraq rəhbər və aparıcı mütəxəssis vəzifələrində iş stajı.
E-mail: [email protected]