Planma üzrə Mühəndis

  • Oilfield Company
  • Elanın qoyulma tarixi: 05.02.2018
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Planma üzrə Mühəndis

Planlama üzrə mühəndis enerji istehsalı ilə bağlı müvafiq qaydada fəaliyyət göstərən işçi qrupuna dəstək göstərmək və öz fəaliyyəti ilə köməklik göstərmək öhdəçiliyini daşıyır. Əsas vəzifəsi layihənin risklərinin layihə dəyişikliklərinin, resurslara olan tələbləri və standartları müəyyən etmək məqsədilə Layihə meneceri ilə birlikdə qrafiklərin, cədvəllərin hazırlanması və idarə edilməsidir.Planlama üzrə menecer layihənin dizaynı və inkişaf etdirilməsi də daxil olmaqla layihənin ümumi hazırlanması müddətini planlaşdırır.Planlama üzrə mühəndis həmçinin layihə ilə bağlı olaraq əməliyyat və maliyyə analizlərinin hazırlanması, büdcə, planlaşdırma və Layihənin qiymətləndirilməsi ilə bağlı olan hesabatların hazırlanması zamanı Layihə ilə məşğul olan komandaya köməklik göstərir.

Vəzifələr:

• Layihənin müəyyən edilməsi üçün qrafiklə əlaqələndirilmiş aspektlərin hazırlanması, inkişaf etdirilməsi,analiz, mühafizə etdirilməsi.
• Hər bir layihə üçün WBS (Work Breakdown Structure) hazırlanması
• OPEX & CAPEX planlaşdırılması üçün ümumi məsuliyyət daşınılması
• CTO ofis proqraminin prosesləri ilə uyğunlaşdırılmış layihə üçün maliyyə və resurslarla yüklü, məntiqi cəhətdən əlaqələndirilmiş  baza planının hazılanması
• Layihənin ümumi büdcəsinin və xərclərin meydana çıxma vaxtının müddətinin müəyyən edilməsi məqsədilə layihə planında xərclərin əhatəsinin və lazımı resursların əks olunması
• Layihə fəaliyyətlərini, maliyyə və vaxtlarını müəyyən etmək məqsədilə LAyihə meneceri və şöbənin digər işçiləri ilə birgə fəaliyyət göstərmək və müvafiq fəaliyyətin layihənin əjatə dairəsi, məhdudiyyətləri və öhdəliklərini əks etdirməsini təmin etmək
• Layihənin fəaliyyətləri ilə əlaqəli olan digər struktur bölmələrlə əlaqələrin yaradılması və onlar tərəfindən layihənin düzgün mənimsənildiyinə əmin olunması
• Layihənin planının layihə ilə bağlı bütün məsələləri özündə əks etdirməsinə və layihənin məqsədinə nail olmasına xidmət etməsinə çalılşmaq. Bu qaydada planlaşdırma layihə meneceri və layihənin hazırlanmasında iştirak edən digər komanda iştirakçıları ilə birgə hazırlanmalıdlır.
• Biznesin planlaşdırılması prosesinin dəstəklənməsi
• Layihənin baza planına təsir göstərən bütün faktorların və dəyişiklərin səbələrinin müəyyən edilməsi və layihənən hazırlanmasında iştirak edən digər işçi qrupu tərəfindən bütün bu məlumatların mənimsənildiyindən məlumatlı olmaq.
• Qazanılmış dəyər metodu ilə xərclər barəsində məlumatların və layihə proqramının monitoring, nəzarət və analiz edilməsi və meydana çıxan dəyişikliklərin müəyyən edilərək  bütün mümkün alternativlər, spesifik hesabatlar vasitəsilə Layihə menecerinin nəzərinə çatdırılması
• Layihənin likin plananına edilmiş dəyişikliklərin azaldılması məqsədilə müvafiq dəyişiklərin və layihə proqramının üçüncü tərəflərlə, podratçılarla müzakirə edilməsi
• Layihə üçün öncədən nəzaərədə tutulmuş maliyyə xərclərini stabil saxlamaq və artımın qarşısını almaq məqsədilə layihəyə nəzarət qrupu ilə daim əlaqələrin saxlanılması və inteqrasiya edilmiş fəaliyyətin göstərilməsi.

Texniki biliklər:

 Mühəndislik ixtisası
 Layihələrin idarə edilməsi sahəsində təhsil
 Neft və yaxud qaz sahəsində  minimum 10 il layihələrin idarə edilməsi təcrübəsi
 MS Projects & Primavera (P3 to P6)  proramlarında işləmə bacarığı
 Detallara diqqət və yüksək analitik düşünmə bacarığı
 Bütün səviyyədə və sahədə olan mühəndislərlə danışıqların aparılması məqsədilə yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı
 Güclü iş etikası və öhdəçilik daşımaq bacarığı
 Problem həlletmə bacarığı
 Komanda işi və rəhbərliklə əlaqlərin qurulması bacarığı
 Funksiyalarla işləyərkən mükəmmməl təsiretmə bacarığı

E-mail: [email protected]