Aparıcı İqtisadçı
V Ə Z İ F Ə T Ə L İ M A T I
1. Vəzifə öhdəlikləri:
• Büdcə və iş proqramının tərtib edilməsinə və icrasına nəzarət edir;
• Maliyyə-təsərrüfat fəaliyyətinin təhlil edilməsi və fəaliyyətin səmərəliliyinin artırılması barədə təkliflərlərin hazırlayır;
• Maliyyə-təsərrüfat fəaliyyətinin səmərəli təşkil edilməsi, material, əmək və maliyyə resurslarından qənaətlə istifadə edilməsi istiqamətində təkliflər verir;
• Uzun və qısa müddətli maliyyə-iqtisadi proqnozlarının verilməsi və icrasına nəzarət etmək;
• Müxtəlif layihələrin iqtisadi təhlillər aparır;
• Məhsulun (işin, xidmətin) yerinə yetirilməsi ilə əlaqədar xərclərin azaldılması istiqaməti üzrə verilən tapşırıqların hazırlanmasında iştirak edir;
• Əsas fəaliyyət, xidmət sahələrində gəlir və xərclərin müəyyən olunmasında qüvvədə olan norma və aktların düzgün tətbiq olunmasının araşdırılmasında iştirak edir;
• Qazın və Qaz kondensatın hərəkəti üzrə balansın tərtibinə istehsalat zərurəti ilə əlaqədar onun təkmilləşdirilməsində iştirak və icrasını təmin edir;
• Tətbiqi zəruru olan yeni texnika, texnologiya və layihələr üzrə iqtisadi əsaslandırmaları (lazım olan hallarda) ekspertiza olunmasında iştirak edir;
• Şirkətdən kənar təşkilatlardan daxil olan xidmət müqavilələrinin ekspertiza olunmasına lazımı hallarda cəlb olunur;
• Rəhbərliy tərəfindən verilən müvafiq təhlil işləri üzrə tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsinin icrasını təmin edir;
• Müvafiq icra orqanları (xüsusi ilə Dövlət Statistika Komitəsi) tərəfindən, şöbəyə icrası müəyyən edilmiş aylıq, rüblük və illik statistik hesabatların düzgün və göstərilən müddətlərdə lazımı ünvanlara çatdırılmasını təmin edir;
• Neft və qaz məhsullarının istehsalı, yüklənməsi, satışı və qalığını xarakterizə edən müvafiq hesabat məlumatlarını (aylq və artan yekunla) icrasını və vaxtında təqdim edilməsini təmin edir;
• Struktur bölmələrdə istehsalın proqnozlaşdırılması və nəticələrin təhlili məsələlərində qərarlara, sərəncamla və digər normativ aktlara düzgün riayət olunmasının araşdırılmasında iştirak edir;
• Hazırlanan kollektiv müqavilənin layihəsinin işlənməsində iştirak edir;
2. Bilməlidir:
• Azərbaycan Respublikasının Vergi Məcəlləsini (xüsusilə məcburi ayırmalar, hesablama normaları barədə tənzimlənmə limitlərini, ƏİF-na amortizasiya normaları və sairə);
• Gəlir və xərclərin tənzimlənməsi üzrə yeniləşən metodik göstərişləri, normativ aktları və digər rəhbər materialları;
• istehsalın iqtisadiyyatı və təşkilini;
• İdarənin Struktur və istehsal təyinatını, iqtisadi fəaliyyətini və perespektiv inkişafını;
• iqtisadi göstəricilər sistemini, onların uçotunun aparılması və təhlili metodlarını;
• əmək haqqının forma və sistemlərini;
• gəlir və xərclərin formalaşmasında normativ aktlardan, qiymət və xidmət tariflərindən istifadə qaydasını;
• mükafatlandırma haqqında əsasnamələri;
• kompüter texnologiyası, rabitə və kommunikasiya vasitələrini;
3. İxtisas tələbləri – ali təhsil və ixtisası üzrə 3 ildən az olmayaraq iş stajı.
E-mail: [email protected]