Sənədlərin nəzarət mühəndisi
Sənədlərin nəzarət mühəndisi informasiyaların rəhbər orqanlar, müqavilənin digər tərəfləri və digər üçüncü şəxslər arasında mübadiləsini həyata keçirən vəzifənin icraçısıdır.
Vəzifə:
• Konkret layihə üzrə bütün texniki sənədlərin keyfiyyət, staus və müasir tələblərə uyğun olaraq yerləşdirmə və bölüşdürmə baxımından idarə edilməsi
• Sənədlərin daxil edilməsinə, yoxlanılmasına və yenidən işlənib hazırlanmasına imkan verən idarə etmə sisteminin istifadə edilməsi
• Çertyojların əldə edilməsi, yoxlanılması və sənədlərlə birgə məlumatlar bazasına daxil edilməsi, hər bir məlumatın bütün detallarının yoxlanılması və vaxtında ötürülməsini təmin etmək məqsədilə komandanınn digər üzvləri ilə işin əlaqələndirilməsi
• Sənədlərin paylanılması, dövriyyəsinin vaxtı-vaxtında aparılmasının müddətlərinə nəzarət edilməsi və Layihənin bitmə tarixinə təsir göstərə biləcək bütün gecikmələrin öncədən aşkarlanması
• Layihənin hazırlanması zamanı müxtəlif müddətlərdə və zaman çərçivəsində lazımi sənədlərin verilməsinin təmin edilməsi ( məsələn: dövlət, texniki, struktura aid edilən və digər sənədlər)
• Sənədlərin nəzarət mühəndisi məlumatların toplanmasına, onların qüvvədə olan statusunun yoxlanılmasına və uyğun forma və versiyada olduğuna nəzarət edilməsinə həmçinin onların müvafiq qaydada yerləşdirilməsinə məsuliyyət daşıyır
• Sənədlərin çap olunması, yenidən çap variantda yoxlanılması və yenilənməsinin həyata keçirilməsi
• Elektron məktubların qəbul edilməsi və cavablandırılması, məlumatların sistemə daxil edilməsi, məktubların oxunulması barədə geribildirimlərin daxil edilməsi və layihənin gecikməsinə səbəb ola biləcək hər hasnı halların aradan qaldırılması məqsədilə sənədlərə daimi nəzarət və baxışın keçirilməsi
Kvalifikasiya tələbləri:
Neft-qaz layihələrində uyğun vəzifədə minimum 7 il iş təcrübəsi
Sənədlərin idarə olunması sahəsində ixtisas təhsili
Daşınma, təhlükəsizlik və sənaye sahəsində biliklər
Sənədlərə nəzarət edən mütəxəssis kimi neft-qaz sahəsinə aid edilən layihələrdə iş təcrübəsi
Müxtəlif sənədlərin idarə edilməsi, elektron sənədlərin idarə sistemindən istifadə və layihənin sənədlərinin bütün aspektlərinin analiz edilməsi bacarığı
Sənədlərin idarə olunması prosedurlarının hazırlanması, idarə edilməsi və yenilənməsi
Bütün mühəndislik və layihə sənədləri ilə tanışlıq, həmin sənədlərin müvafiq şöblər üzrə bölgüsünün, yoxlanılması və nəzarət edilməsi bacarığı
Elektron sənədlərlə tanışlıq və onların transformasiyasının həyata keçirmək bacarığı
Yaradıcı, özünü motivasiya edə bilmə, az təcrübə ilə istənilən komandada işləməm bacarığı
QAD və yaxud ERP/MRP sistemi barəsində biliklər
Problem həlletmə bacarığı
Yüksək səviyyədə şifahi və yazılı nitq qabiliyyəti
Vault sistemi və EDMS
PDM work
CADKEY
ANSI Y14.5 and GD&T
AutoCAD
E-mail: [email protected]