Texniki təklif üzrə Mütəxəssis / Smetaçı

  • AS Group
  • Elanın qoyulma tarixi: 14.11.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Texniki təklif üzrə Mütəxəssis / Smetaçı

Vəzifə öhdəlikləri:

 Departament direktorunun tapşırığına əsasən, işçi heyətinin digər üzvləri ilə birgə tələb və fürsətləri müəyyənləşdirmək məqsədilə təkliflər üzrə araşdırılmalar edilməsi, tender şərtlər toplusunun incələnməsi və ehtiyac olduğu təqdirdə strateji görüşlərdə iştirak edilməsi;
 Satınalma bildirişlərinə əsasən dəqiq texniki və maliyyə təklifinin hazırlanması;
 Sifarişçinin tələblərinə əsasən iş həcmi, eskizlər, spesifikasiyalar, istehsalat qrafiki və s. daxil olmaqla mühəndislik sənədlərinin hazırlanması;
 Ehtiyac olduğu təqdirdə tender prosesində təklif öncəsi görüşlərdə iştirak edilməsi və sual doğuran məqamlara görüş zamanı aydınlıq gətirilməsi;
 Tenderlərin hazırlanması zamanı layihənin qiymət və xərclərinin vaxt və iqtisadi səmərəlilik meyarlarına əsasən hazırlanması və sərbəst maliyyə və texniki təklif hazırlama səriştəsinin olması;
 Xərclərin və gəlirlərin dəyərləndirilməsi, hazırlanan miqdarların analiz edilməsi və bazar qiyməti nəzərə alınaraq qiymətləndirilməsi;
 Departament rəhbərinin təsdiqi üçün ətraflı qiymətləndirmə, tematik tədqiqat və risk analizi hesabatının hazırlanması;
 Mülki və Memari elementlərin təyinatı və Mexaniki, Elektrik qurğuların analiz edilməsi təcrübəsinin mövcudluğu;
  Məlumatların əldə edilməsi, incələnməsi və təsdiqi; prosesin izlənməsi; əməkdaşlarla birgə tələblərin koordinasiyası; iclaslar zamanı təkliflərin statusu haqqında məlumatın hazırlanması; təkliflərin hazırlanması və ötürülməsi prosesi daxil olmaqla təklifin göstərilən vaxtda təhvil verilməsi üçün prioritetlər və hədəf tarixlərin müəyyən edilməsi;
 Texniki təklifin düzgün hazırlanması üçün layihənin ümümi məzmunu, məqsədi, nəticə və təhvil prosesi, həyata keçirmə metodları(üsulları), vaxt cədvəlləri, işçi heyəti, layihənin büdcəsi, iş icrasının standartları, ilkin layihələndirmənin qiymətləndirməsi, yoxlanması prosesini əhatə edən məlumatların toplanması;
 Çap prosesinin kordinasiya olunması, sənədlərdə mətnlərin, cədvəllərin yoxlanması, cildləmə işinə nəzarət;
 Sifarişçi ilə görüşlər üçün müsahibə materiallarını hazırlanması;
 Departamentin əməkdaşları ilə birgə qiymət təklifinin, müraciət təklifinin, maraq mətubunun və təqdim olunan mükafatların incələnməsi və kordinasiyası;
 Təklif materiallarının yekun hazır paketdə cəmləşdirilməsi;
 Redaktə prosesinin qiymətləndirilməsi, lazımi dəyişikliklərin tətbiq edilməsi daxil olmaqla Təklif hazırlama prosesinin təkmilləşdirilməsi

Tələblər:

 İxtisaslı namizəd Mülki Mühəndislik və ya Memarlıq və İnşaat sahəsində ən azı 5 illik təcrübəyə malik olmalıdır
 Beynəlxalq standartlara əsasən təkliflərin hazırlanması prosesinə və SƏTƏM qaydalarına bələd olmalıdır
 İnkişaf edən mühitdə seçilən, motivasiyalı və hədəflərini məyyən edən şəxs olmalıdır.
 Tərtibli, detallara önəm verən və bir çox tapşırığın eyni anda öhdəsindən gələn, azad fikirli şəxs olmalıdır
 Azərbaycan, Rus və İngilis dllərində sərbəst danışmalı və yazı bacarıqlarına malik olmalıdır
 Word, Excel kimi proqramlarla sərbəst işləməlidir. AutoCAD bilikləri
 Qiymət təklifi və müraciət məktubu kimi sənədlərin analiz edilmə bacarığına malik olmalı və təfsilatlı uyğunluq və öhdəlik matrisalarını hazırlaya bilməlidir

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini [email protected]  elektron ünvanına  göndərə bilərlər.