AS Group -


    2003-cü ildən dövlət və özəl sektorda kompleks layihələr həyata keçirən “AS Group Investment” Şirkətlər qrupu regionun aparıcı developerlərindən biridir.

    Müasir idarəetmə, güclü müasir texniki baza və müasir texnologiyaların tətbiqi qısa müddət ərzində qazanılan uğurların təməlini qoydu. Bu uğurlar isə öz növbəsində “AS Group Investment”-ə həm Azərbaycanda, həm də digər ölkələrdə etibarlı tərəfdaş reputasiyasını qazandırdı.

    Bütün layihələr, konsepsiyasından başlayaraq tam təhvil verilmə mərhələsinə kimi, “AS Group Investment” və onun törəmə şirkətləri tərəfindən həyata keçirilir.

    Fəaliyyət göstərdiyimiz sahələr:
    • yaşayış binalarının layihələndirilməsi və inşası;
    • inzibati binaların layihələndirilməsi və inşası;
    • kommersiya obyektlərinin layihələndirilməsi və inşası;
    • tikinti məhsullarının istehsalı üçün xammal təchizatı;
    • sənaye müəssisələrinin inşası;
    • tikinti materiallarının istehsalı üçün xammal təchizatı;
    • tikinti materiallarının istehsalı: beton və beton bloklar, dəmir-beton məmulatları, armokarkas;
    • beton bloklar, səki daşları, bordür;
    • beton əlavələrin istehsalı;
    • tikinti texnikası və nəqliyyat xidmətləri;

    •kənd təssərrüfatı məhsullarının istehsalı

    •olimpiya idman növünə - kamandan oxatmaya dəstək

     

    2016-cı ildə "AS Group Investment" Abşeron yarımadasında, Hövsan quşçuluq sovxozu ərazisində, 260 ha ərazidə "Abşeron AqroPark" layihəsinə start verdi. Layihənin 1-ci hissəsi kiçik və orta sahibkarlar üçün istixana komplekslərinin yaradılmasını nəzərdə tutur. Layihənin 2-ci hissəsi 24 ha ərazidə yerləşəcək funksional obyektlərin yaradılmasını nəzərdə tutur. 

     

    Biznes fəaliyyəti ilə yanaşı olaraq, "AS Group Investment" Olimpiya idman növünə - Kamandan oxatmaya maliyyə və təşkilatı dəstək göstərir. Göstərilən dəstəyin sayəsində Azərbaycan idmançıları həm ölkə daxilində, həm də beynəlxalq yarışlarda uğurlu nəticələr əldə edir. "AS Group Investment”-in kamandan oxatma idman növünə verdiyi dəstək sayəsində Azərbaycanın müstəqilliyi dövründə ilk dəfə olaraq Azərbaycan idmançısı Olqa Senyuk Rio de Janeiroda keçirilən Olimpiya oyunlarında iştirak etmişdir.

    Nailiyyətlərimizə baxmayaraq dayanmadan qarşımıza qoyduğumuz iddialı məqsədlərə doğru irəliləyirik. Missiyamız mövcud ənənələri qorumaqla və müasir texnologiyalardan istifadə etməklə, ictimai önəm kəsb edən layihələr həyata keçirməkdir. Məqsəd – “AS Group Investment”-in istehsal məhsulları və xidmətləri ilə təmasda olan hər bir insanı rahat və etibarlı gələcəklə təmin etməkdir. Qarşımıza qoyduğumuz missiya və məqsədlərə nail olmaq üçün biz dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edirik.