Maliyyə nəzarəti və audit üzrə kiçik mütəxəssis

  • AS Group
  • Elanın qoyulma tarixi: 17.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Şöbə: Maliyyə nəzarəti və audit;

Vəzifə: Kiçik Mütəxəssis.

Hesabat verir: Maliyyə nəzarəti və audit şöbəsinin müdirinə.

Vəzifəyə dair tələblər:

  • Ali təhsil: (maliyyə, mühasibatlıq, audit ixtisasları üzrə);
  • Audit, maliyyə nəzarəti, hesabatlılıq, mühasibatlıq sahəsi üzrə minimum 1 ilə qədər iş təcrübəsi (istehsalat və ya inşaat sahəsində iş təcrübəsi arzu-olunandır);
  • Müvafiq sahədə beynəlxalq sertifikatların olması üstünlükdür (CFA, ACCA);
  • Kompüter bilikləri: MS Excel bilikləri – yaxşı səviyyədə olmalı (riyazi, məntiqi, data ilə bağlı funksiyalar);
  • Mühasibatlıq və vergi sahələrində nəzəri biliklər
  • Azərbaycan dilini yüksək, ingilis dilini orta səviyyədə (Intermediate) bilməli;
  • Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
  • Dəqiqlik, detallara fikir vermə qabiliyyəti;
  • Fərdi və komandada işləmək bacarığı;
  • Stressə dözümlülük;
  • Tapşırıqları sürətli yerinə yetirə bilmək bacarığı;
  • Ezamiyyətlərə getməyə hazır olmalı.

Vəzifə öhdəlikləri:

  • Anbarlar üzrə hərəkətlərə nəzarət edilməsi;
  • Hesabatların təhlili;
  • İllik yoxlama planına uyğun olaraq, şirkətin səmərəliliyinin yoxlanılması və qiymətləndirilməsində iştirak etmək;
  • Xərclərin təhlili və onlara nəzarət;
  • Maliyyə əməliyyatlarının uçotunun aparılmasına, müxabirləşmələrin müvafiq qaydada və vaxtında əks olunmasına, eyni zamanda sənədləşmə işlərinə nəzarət;
  • Maliyyə göstəriciləri barədə hesabatların analizinin aparılması;
  • Maliyyə vəsaitlərinin hərəkətinə və maddi dəyərlilərdən istifadə olunmasına nəzarət və daxili maliyyə təftişi prosesində iştirak;
  • Təchizatçılarla və alıcılarla hesablaşmalara nəzarət;

Biz təklif edirik:

  • İş vaxtı: 09:00 – 18:00;
  • İş qrafiki həftənin 5 günü (şənbə/bazar istirahət);
  • Korporativ nömrə, danışıq vaxtı və internet paket;
  • Karyera imkanları;
  • Nahar fasiləsi: 13:00 – 14:00 (nahar yeməyi şirkət tərəfindən təmin edilir);
  • İş yeri: Yasamal rayonu (Renessans Plaza);
  • Gənc və peşəkar işçi heyəti.

CV (yalnız foto ilə) və əmək haqqı gözləntinizi e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Maliyyə Nəzarəti və Audit üzrə Kiçik Mütəxəssis) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.