Mühasib köməkçisi–1C Operator

  • AS Group
  • Elanın qoyulma tarixi: 29.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali ixtisas təhsili (maliyyə, audit, mühasibat uçotu, bank işi);
  • Ən azı 3 illik mühasib-operator vəzifəsində iş təcrübəsi olmalıdır (ictimai iaşə sektorunda operator-muhasib kimi təcrübəsi olanlara üstünlük veriləcək);
  • İT biliklər: MC office (Word, Excel), 1C (Logix) mühasibat proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilini (şifahi və yazılı) mükəmməl bilməli;
  • Mühasibat uçotunu və maliyyə standartlarını mükəmməl bilməli;
  • İlkin sənədləşmə, dövriyyə cədvəlləri və digər hesabatları hazırlamağı bilməli;
  • Lazım gəldikdə gündəlik hesabatlar təqdim edəcək;
  • Analitik (deduktiv-məntiq) düşünmə, vəziyyəti düzgün dəyərləndirmə, riyazi hesablama aparma, yaranmış problemlərin təhlil və müstəqil həll etmə qabiliyyətinə malik olmalı. 

Əsas vəzifə və öhdəliklər:

  • Qaimə-fakturanın tərtib olunması, göndərilməsi və satılmış malların reyestrinin təşkili
  • Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi;
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi;
  • Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi;
  • Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi və arxivləşdirilməsi;
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək;
  • Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi;
  • Kreditorlar və debitorlarla üzləşmələrin aparılması;
  • Müştəri borcları ilə bağlı lazımi analizlərin edilməsi;
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək;
  • Yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
  • Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.

Peşəkar və şəxsi keyfiyyətlər:

  • Stressə davamlı, gərgin və ağır iş rejimində işləmək bacarığı;
  • İşində səliqəli, dəqiq, ciddi və məsuliyyətli olmalı;
  • Ünsiyyət yaratmaq, fikrini izah etmək, çevik işləmək qabliyyətinə malik olmalı.
  • Kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmağı bacarmalı.
  • Planlama və təşkilatçılıq qabiliyyətinə malik olmalı;
  • İşə planlı yanaşma qabiliyyətinə malik olmalı.

Biz Sizə hansı iş şəraitini təklif edirik:

  • İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
  • Peşəkar komanda, karyera yüksəlişi və inkişaf;
  • Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən.

CV (yalnız foto ilə) və əmək haqqı gözləntinizi e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını [email protected]  e-məktubunuzun mövzu hissəsində (Mühasib köməkçisi – 1C Operator) qeyd etməyinizi xahiş edirik.

Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.