Şəbəkə və Sistem Administratoru

İşin təsviri

PITS Azərbaycan Texnoloji Həllər Şirkəti

Vəzifənin adı: Şəbəkə və Sistem Administratoru

Tələblərimiz:

- Minimum 3 il iş şəbəkə və sistemlərin idarə edilməsi sahəsində iş təcrübəsi
- Minimum bakalavr təhsili (diplomun təqdim edilməsi vacibdir
- Azərbaycan və Rus dillərində sərbəst danışmaq və yazmaq bacarığı olan, İngilis dilini isə oxuyaraq başa düşmək qabiliyyəti olan
- VMware VSphere və Microsoft Hyper-V virtuallaşdırma sistemlərinin idarəedilməsini və nəzarətini bacaran
- Windows Server əməliyyat sistemlərinin idarə olunması və nəzarəti, Active Directory, DHCP, DNS, RAID sistemləri haqqında biliklərə və təcrübəyə sahib olan
- Cisco, HP Router və Switchlərinin idarə olunması, , IP Addressing & Subnetting biliklərinə və təcrübəyə sahib olan
- Dokumentləşməni bilmək, texniki dokumentləşməni bacarmaq və diaqramlaşdırmanı edə bilmək, rəsmi yazışmaları düzgün aparmaq bacarığı olan
- Əməliyyat sistemlərinin istifadə etdiyi əsas fayllar sistemləri haqqında bililərə sahib olmaq
- Yeni bilik və bacarıqlara tez yiyələnmək, yeni texnologiyaları mənimsəmək bacarığı olan
- MCSA, MCSE, MCP, VCP, VCAP, CCNA, CCNP sertifikatlara sahib olan mütəxəssislərə üstünlük veriləcəkdir

Vəzifə öhdəlikləri:

- Əməliyyat sistemlərinin qurulması, ayarlanması, idarə olunması və nəzarəti
- Fiziki serverlərin, routerlərin, switch-ərin, storage-ların qurulması, ayarlanması, idarə olunması və nəzarəti
- Daimi profilaktik tədbirlərin planlaşdırılması, həyata keçirilməsi və rəhbərliyə bu barədə hesabalatların təqdim edilməsi
- Sistemlərin yüksək dərəcədə balanslaşdırılması və etibarlı işini təmin etmək
- Yaranan fiziki və məntiqi texniki problemlərin vaxtında aradan qaldırılması
- Linux əməliyyat sisteminin qurulması, ayarlanması, idarə edilməsi və nəzarəti
- Məlumat təhlükəsizliyi üçün texnili nəzarət mexanizmlərinin planlaşdırılması, tətbiqi və nəzarəti
- Backup sistemlərinin quraşdırılması, tələblərə uyğun ayarlanması və nəzarəti
- Şəbəkələrin fiziki və məntiqi struktur diaqramlarının qurulması, İT prosedurlarının hazırlanması
- İT sisteminin elementləri ilə əlaqədar işlə bağlı problemlər haqqında vaxtında bildiriş aparmaq
- Sistemlərin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə vaxtaşırı hesabat vermək
- Şirkətin İT siyasət və prosedurların uyğun formada işləmək
- İT əməliyyatlarında və texniki avadanlıqlar üçün maddi məsuliyyət daşımaq
- Birbaşa rəhbərinin şifahi və yazılı göstərişlərini yerinə yetirmək
- Şirkətin bütün məlumatlarının və iş prinsipinin məxfiliyini təmin etmək

Əlavə məlumatlar:

- Maaş: Namizədin təcrübəsinə, bilik və bacarıqlarına və dil biliklərin uyğun olaraq razılaşdırılacaqdır
- Namizədlər interview öncəsi məntiq və dil bacarıqlarından test üsulu ilə yoxlanılacaqdır.
- Şirkət tərəfindən nahar təmin edilir
- CV-lərinizi [email protected] -a göndərin – məktubun başlığında “Şəbəkə və Sistem Administratoru” qeyd etməyiniz vacibdir.