Vəzifənin adı: Mühəndis-Texnoloq
Vəzifə öhdəlikləri:
• Mühəndis-texnoloq mütərəqqi, iqtisadi cəhətdən əsaslandılmış texnoloji proseslərin işlənib hazırlanmasını, tətbiqini və müəssisənin məhsul buraxılışı rejimlərini işləyib hazırlamalı;
• İstehsalatın texnoloji hazırlığını və texniki cəhətdən yenidən qurulmasını təşkil etməli;
• Xammala, materiala, əmək sərfinə qənaəti təşkil edir;
• Yeni sınaq və sənaye qurğularının layihələrinin işlənib hazırlanmasını, qeyri-standart avadanlıqların, obyektlərin yenidən qurulması üzrə,və əmək tutumlu proseslərin mexanikləşdirilməsi üzrə işlərin təşkil edilməli;
• Məhsulun, işlərin keyfiyyətinin yaxşılaşdırılmasını təmin edə biləcək istehsal rejimini təşkil etməli;
• Yeni texnika və texnologiyanın tətbiqi planlarının texnolojı sənədləşdirmənin hazırlanmasını, sexlərin, sahələrin və digər istehsalat bölmələrinin təmin edilməsinə nəzarət etməli;
• Məmulatın hazırlanması, elm və texnikanın nailiyyətlərinin texnologiyanın tətbiqini həyata keçirtməli;
• Avadanlıqların, texnoloji ləvazimat və alətlərin tətbiqi, avadanlıqlardan istifadə normativlərinə riayət edilməsini və s. təşkil edilməsi;
• Sınaq üçün nümunələr hazırlanmasını, onların eksperiment yoxlanışını və ilk sənaye buraxılışını təşkil etməsi;
• Yeni texnikanın və texnologiyanın tətbiqi, sınağı və mənimsənilməsi müddətinin azaldılması üzrə tədbirlərin hazırlanması təşkil edir iştirak etməsi;
• İstehsal gücünün artırılması, məhsulun keyfiyyətinin yaxşılaşdırılması və əməyin təşkilinin təkmilləşdirilməsində iştirak edir;
• Riyazi modellərin və alqoritmlərin təhlili əsasında iqtisadi və digər məsələləri həll edən proqramları, işin texnologiyasını, onun həllinin ardıcıllığını işləyib hazırlamalı;
• Yeni sistem və avadanlıqların qəbulu komissiyasının işində iştirak edir.
Təhsil/Təcrübə:
• Ali texniki təhsil;
• Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
• Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan istehsalatın və onun texnologiyasının təşkilinin müasirləşdirilməsi işini istehsal prosseslərini mexanikləşdirilməsini,avtomatlaşdırılmasını və məhsulun keyfiyyətinin yüksək səviyyədə təmin olunmasını mükəmməl bilməli və işində rəhbər tutmalıdır;
• Öz səlahiyyətləri çərçivəsində zavodun işinin təkmilləşdirilməsinə aid təkliflər verməli;
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: [email protected]