Vəzifənin adı: Satınalmalar şöbəsi, Əmtəəşünas
Vəzifə öhdəlikləri:
• Daxili bazarda satınalmalar və təchizat üçün strategiya və siyasətlərin hazırlanmasında və həyata keçirilməsində Satınalmalar şöbəsinin rəisinə, rəis müavininə və aparıcı əmtəəşünasa kömək edir;
• Öz icrasında olan tələbatların ehtiyaclarını proqnozlaşdırır; aşağıda sadalanan Əsas Performans Göstəricilərini yaradır və həyata keçirir – satın alınmış məhsulların, xammal və s. vaxtında müəssisəyə çatdırılması; çatdırılmanın keyfiyyəti; tələb ediləndən artıq alınmış kəmiyyət; satınalma xərcləri; vahid satınalma qiymətləri; vahid satınalmanın inzibati xərcləri; təchizatçıların reytinqi.
• Proqnozlaşdırılan daxili satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırır və təchizat şöbəsinin rəisinə və rəis müavininə təqdim edir;
• Əsas təchizatçılarla effektiv əlaqələri və tərəfdaşlığı inkişaf edilməsində Satınalmalar şöbəsinin rəis müavininə və aparıcı əmtəəşünasa köməklik edir;
• İqtisadçıların texniki və maliyyə təhlilini (müqayisəli təhlil) aparılamasında Satınalmalar şöbəsinin rəis müavininə və aparıcı əmtəəşünasa köməklik edir;
• Potensial təchizatçıların siyahısının hazırlanmasında tövsiyyələrini verir;
• İşin bütün mərhələlərində iqtisadçılara rəhbərlik edilməsində Satınalmalar şöbəsinin rəis müavininə və aparıcı əmtəəşünasa köməklik edir;
• Şöbələrdən gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirir;
• Qüsurlu və ya qəbul edilməsi mümkün olmayan yeni malları, xammalı və ya xidmətləri istifadəçilər, təchizatçılar və əlaqədar digərləri müzakirə edir və problemin aradan qaldırılması üçün islahedici və qabaqlayıcı tədbirlər görür;
• Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyır; işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra edir;
• Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparır;
• Təchizatçılar və xidmət təminatçılarının işini, performansını daima izləyərək, aşağı səviyyəli xidmət göstərən təchizatçıların islahedici tədbirlər görməsi üçün tövsiyələr verir;
• Müəssisə tenderlər üçün hazırlaşan zaman təchizat məsələlərində əlaqədar komandalara kömək edir.
Təhsil/Təcrübə:
• Ali texniki təhsil arzuolunandır;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Daxili bazarı mükəmməl bilməli;
• Azərbaycan dilini sərbəst bilməli, İngilis və Rus dillərini sənədləşmə səviyyəsində bilməsi arzuolunandır;
• Ofis proqramlarını müəkəmməl bilməli;
• Dürüst, məsuliyyətli və nizam-intizamlı olmalıdır.
Əlavə məlumatlar:
• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• E-mail: [email protected]