Texniki Dəstək (Help Desk) üzrə Mütəxəssis

İşin təsviri

“Avtolux Azərbaycan” MMC – yə Texniki Dəstək (Help Desk) üzrə Mütəxəssis tələb olunur.

İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə

Şəhər: Bakı

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

- Ali təhsili (Texniki ixtisaslara üstünlük veriləcək);
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
- Hərbi xidməti bitirənlər və ya uzun müddətli möhlət hüququ olanlar (oğlanlar üçün);
- Tələb olunan sahə üzrə minimum 1 (bir) il iş təcrübəsi arzuolunandır;
- Windows 7, 8 əməliyyat sistemləri, Serverlərin Virtuallaşdırılması, Windows Server 2008, 2012, DNS, DHCP, Active Directory, Terminal Server, Exchange 2010/2013 haqqında fundamental biliklər;
- Kaspersky Anti-Virus və Firewall proqram təminatı haqqında fundamental biliklər;
- Kompüter şəbəkəsi üzrə nəzəri və praktiki biliklər: (tcp/ip, udp, http, vpn, pptp, l2tp, ipsec, smtp, pop3 və s.);
- MCP, CCNA sertifikatları olan namizədlərə üstünlük verilə bilər;
- Komandada işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;

İŞİN TƏSVİRİ:

- İT infrastruktur elementlərinin idarə edilməsi və onlara nəzarət;
- “Hardware” və “Software” sistemlərinin quraşdırılması;
- Yeni İT infrastrukturunun, avadanlıqlarının inkişaf etdirilməsi və onların təminatında iştirak;
- İT avadanlıqlarında olan nasazlıqların aradan qaldırılması;
- Yeni texnologiyaların öyrənilməsi və tətbiqi;
- İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.

QEYD:  Tələblərə uyğun olmayan və "Subject" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində yazılmalıdır.

Əlaqə vasitələri:

E - mail: [email protected]
Telefon: +994 12 404 8393