Marketoloq

  • VMF
  • Elanın qoyulma tarixi: 20.06.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Marketoloq

İş yeri: Bakı
İş qrafiki: 6 günlük

Əmək haqqı: 500-800

1. Vəzfiləri:

1.1. Marketinq və biznesin inkişafı üzrə məlumat bazasının yaradılması, iqtisadi-kommersiya informasiyasını toplamaq və analiz etmək üçün bütün bölmələrinin fəaliyyətini əlaqələndirmək.
1.2. KİV-də gedən işıq, elektron, poçt və digər reklam tədbirlərinin həyata keçirilməsi strategiyasının hazırlanmasını və tətbiq edilməsini təşkil etmək.
1.3. Şirkətin inkişafının marketinq və biznesin fəaliyyəti ilə bağlı layihələrin düzgün həyata keçirilməsinə daim nəzarət etmək, bu işin bütün mərhələlərini təhlil edib Şirkətin Baş Direktoruna yazılı surətdə rəy (icmal) şəkilində təqdim etmək.
1.4. Şirkətin marketinq və biznesin inkişafı ilə bağlı layihələr üzrə bütün hesabatları, digər yekun sənədləri yoxlamaq, Şirkətin inkişafının marketinq və biznesin inkişafına aid məlumatları ümumiləşdirib Şirkətin Baş Direktoruna, təyin olunan müddətlərdə, yazılı surətdə rəy (icmal) şəklində təqdim etmək.
1.5. Marketinq və reklam üzrə meneceri səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.
1.6. Reklam xarakteri daşıyan tədbirlərin, açılışların təşkil edilməsini bilavasitə həyata keçirir.
1.7. Şirkətin ictimaiətlə əlaqələri üzrə və kütləvi informasiya vasitələri ilə  işini aparnaq.
1.8. Şirkətin fəaliyyəti ilə bağlı məsələlər üzrə mətbuat konfranslarının, brifinglərin, müsahibələrin və s. Tədbirlərin keçirilməsinin layihəsini hazırlamaq,onu rəhbərliklə razılaşdırdıqdan sonra  təşkil etmək və bu tədbirlərdə bilavasitə iştirak etmək.
1.9. Şirkətin ictimaiətlə əlaqələri ilə bağlı münasuibətlərində qarşılaşdığı və qarşılaşa biləcəyi  hər hansı problemi əvvəlcədən aşkar etməyə çalışmaq, aşkar edilmiş hər hansı problemin real qiymətləndirərərk, problemin yaranma səbəblərini dəqiq müəyyən etməklə onun müvəffəqiyyətlə həll edilməsi üçün Şirkətin bütün qüvvələrinin səfərbər edilməsi barədə rəhbərliyə təklif vermək.

2. Vəzifə tələbləri:

2.1 Təhsil: Ali – iqtisadi, biznesin idarə edilməsi, marketinq
2.2 İş stajı: Minimum 3 il, marketinq  üzrə
2.3 Dil biliyi: Azərbaycan, Rus, İngilis (əla səviyyədə)
2.4 İngilis Dili səviyyəsinin yüksək olması başlıca şərtdir
2.5 Kompüter  biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook)  Səviyyə: Əla

Müracət və seçim qaydaları:

Maraqlananlar müraciət formalarını CV (resume)  [email protected]  ünvanına göndərə bilərlər.

Email göndərərkən Mövzu (Marketoloq) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.

Əks halda müraciətiniz natamam kimi qimyətləndiriləcək və baxılmayacaq

İşəgötürənin reytinqi

VMF tərəfindən digər vakansiyalar