Baş mühasib

  • VMF
  • Elanın qoyulma tarixi: 17.09.2025

İşin təsviri

İş şəraiti

  • İş yeri: Bakı şəhəri, Tbilisi prospekti
  • İş qrafiki: 6 günlük iş rejimi
  • Əmək haqqı 1500 Azn (Namizədin bilik və bacarığına əsasən dəyişə bilər)

Tələblər

  • Təsərrüfat əməliyyatlarının (mal-material, əsas vəsait, xidmətlər və s.) uçotda düzgün əks etdirilməsini təmin etmək.
  • Mühasibat sənədlərinin (qaimə-faktura, hesab-faktura, kassa orderləri, aktlar və s.) düzgün tərtibinə və vaxtında rəsmiləşdirilməsinə nəzarət etmək.
  • Bank əməliyyatlarını (ödəniş tapşırıqları, hesab çıxarışları və s.) və kassa əməliyyatlarını (mədaxil və məxaric orderləri) düzgün işləmək.
  • Debitor və kreditor borclarının uçotunu aparmaq və onların üzləşdirilməsini həyata keçirmək.
  • Əmək haqqının, mükafatların və digər ödənişlərin hesablanması.
  • Vergi bəyannamələrinin hazırlanması, ilkin məlumatları vaxtında təqdim etmək. Vergi bəyannamələrinin (ƏDV, mənfəət, gəlir, DSMF, MİS və s.) düzgün tərtib olunması və vaxtında verilməsi.
  • Əsas vəsaitlərin, mal-material ehtiyatlarının uçotunu aparmaq, inventarizasiya işlərində iştirak etmək.
  • Mühasibat uçotu proqramlarında (1C və s.) əməliyyatları düzgün işləmək.
  • Mühasibat sənədlərinin arxivləşdirilməsini və mühafizəsini təmin etmək.
  • Audit yoxlamaları, vergi yoxlamaları və digər nəzarət tədbirləri üçün lazımi sənədləri hazırlamaq və təqdim etmək.
  • Maliyyə hesabatlarını (balans, mənfəət və zərər, pul vəsaitlərinin hərəkəti və s.) qanunvericiliyin tələblərinə uyğun hazırlamaq və vaxtında təqdim etmək.

Uyğun Namizədlər öz cvlərini “Baş Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərsin. Əlavə sual yaranarsa 050-257-80-36 nömrəsi ilə əlaqə saxlanılsın

İşəgötürənin reytinqi

VMF tərəfindən digər vakansiyalar