“Melissa Group”a aid olan və “Mitsubishi Electric Europe B.V.” şirkətinin Azərbaycanda rəsmi distribyutoru "NewCond" şirkəti 1995-ci ildən etibarən havalandırma, ventilyasiya və istilik sistemlərinin Azərbaycana gətirilməsi və satışının həyata keçirilməsi sahəsində fəaliyyət göstərir. "NewCond" eyni zamanda dünyaca məşhur “Vaillant”, “Kermi”, “Beretta”, “Gruppo Ragaini” şirkətləri ilə əməkdaşlıq edir.
"NewCond" şirkəti “Marketinq Mütəxəssisi” vakansiyası elan edir.
İş barədə:
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- AUX və Mitsubishi Electric kondisionerlərinin yeni və mövcud layihələr üzrə marketinq strategiyasının hazırlanması, planların və layihələrin işlənilməsi və həyata keçirilməsi;
- Bütün marketinq aktivliklərinin idarə olunması və həyata keçirilməsi;
- PR aktivliklərin keçirilməsi və reklam fəaliyyətinin təşkili;
- Kütləvi informasiya və reklam vasitələri ilə əlaqələrin yaradılması;
- Bütün çap materiallarının sifarişi və nəzarətin həyata keçirilməsi;
- Reklamların və digər aktivliklərin sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
- Rəhbərliyin digər tapşırıqlarını həyata keçirilməsi və hesabatların hazırlanması.
Namizədə dair tələblər
- Ali təhsil (Marketinq sahəsində)
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 3 il
- Yaş həddi 25-35
Bilik və təcrübə
- Dil bilikləri: Azərbaycan dili və rus dili əla səviyyədə, İngilis dili
- Ms. Office proqramlarını yüksək səviyyədə bilməlidir.
- idarəetmə qabiliyyətli , məsuliyyətli və güclü analitik olmalıdır,
- Düzgün yazılı və şifahi ünsiyyət qurmaq.
- Əməkhaqqı – 700-800 AZN (Əməkhaqqı müsahibənin nəticəsinə görə müəyyən oluna bilər)
CV-lərinizi [email protected] ünvanına "Marketinq Mütəxəssisi" başlığı ilə göndərməyiniz xahiş olunur.