İşin təsviri
                
                
                                
                İş barədə məlumat:
	- İş, ofis daxilində , müxtəlif tenderlər, satınalmalar və sorğular  üçün şirkət tərəfindən təqdim olunacaq  kommersiya təkliflərinin  hazırlanmasından, lazım gələrsə Sifarişçilərlə görüşlərin təşkilindən ibarət olacaq . 
- Əmək haqqı rəsmi şəkildə,  karta ödənilmək şərtilə  1200-1500 AZN təşkil edəcək .
- İş qrafiki  həftənin 5 günü , saat  9:00 – 18:00  aralığında olacaq . Şənbə , bazar və bayram  günləri iş günü olmayacaq. 
Namizədə tələblər:
	- Kommersiya təkliflərinin təqdim olunması zamanı bazar araşdırılması edərək rəqiblərin qiymət siyasətlərini təqib etməli , müxtəlif materialların və işlərin qiymətləndirilməsi zamanı yerli və xarici təchizatçılarla biznes əlaqələri yaradıb təkliflərin qiymətləndirliməsini yerinə yetirməlidir ;  
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi ilə yanaşı Müqavilələri və digər sənədləri tərtib etməyi bacarmalıdır;
- HVAC (isitmə, soyutma və havalandırma ) sistemlərində istifadə olunacaq avadanlıq və  materiallar haqqında dərin , peşəkar bilik və məlumatlara sahib  olmaqla yanaşı 3 illik iş təcrübəsi olmalıdır ;
- Exell, Word, 1C  proqramlarında səlis işləməyi bacarmalı , texniki biliklərə sahib olmalıdır ;  
- AutoCad proqramını başlanğıc səviyyədə bilməli , Sifarişçilər tərəfindən göndərilmiş layihə sənədlərindən anlayışı olmalı və şirkətin mühəndisləri ilə təmasda olmalıdır  ; 
- Ali təhsilli, məsuliyyətli, işə davamiyyətli, nizam-intizam qaydalarına riayət edən, Azərbaycan dilində səlis danışa və yaza bilən , kollektivlə işləmək bacarığı olan xanım namizədlərə üstünlük veriləcək.
- Rus və İngilis dillərində bilikləri olan namizədlərə  də xüsusi üstünlük veriləcək . 
- 25-40 yaş həddində olmalıdır;
CV-lər [email protected] və [email protected] emaillərinə göndərilməlidir .