Maliyyə Meneceri (Gəncə)

İşin təsviri

Şirkətin adı: Synergy Medical MMC

Vəzifə: Maliyyə Meneceri

Yerləşdiyi yer: Gəncə şəhəri

Synergy Group haqqında:

2010-cu ildə təsis edilmiş “Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir. “Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişafyönümlü şirkətlərdən ibarət dinamik portfeli uğurla idarə edir. Qrupa daxil olan şirkətlərdə 1200-dən artıq iş yeri ilə birbaşa təmin edir və ümumilikdə bizim müəssələrimizin bazarda iştirakı ilə əlavə minlərlə iş yerinin yaranmasına təkan veririk. “Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına öz töhfəsini verir. “Synergy Group” MMC-nin investisiya strategiyası yatırımların yüksək rentabelliyini təmin etməklə uzunmüddətli inkişafın əldə olunmasına əsaslanır.

"Synergy Group" MMC-nin törəmə şirkəti olan “Synergy Medical” MMC uğurlu karyera qurmaq məqsədi olan və geniş imkanlara malik Professional Komandanın bir üzvünə çevrilmək üçün təcrübəli mütəxəssislər axtarır.

Vəzifə və öhdəlikləri

• Rəhbərliyin ümumi hesabatlarının və biznes planlarının, o cümlədən uzun müddətli planlarının təhvil verilməsi üzrə məsuliyyət;
• Maliyyə məsələləri ilə əlaqədar işlərə gündəlik nəzarət;
• Bütün maliyyə proseslərinin lazımı dərəcədə aparılmasının  və monitorinqinin  təmin edilməsi , o cümlədən kreditlərə nəzarət;
• Resursların düzgün bölüşdürülməsi işində məsləhətlərin verilməsi;
• Müvafiq maliyyə nəzarətinin təmin edilməsi;
• Baş rəhbərliyə təqdim olunmalı maliyyə hesabatlarının vaxtında hazırlanması və dispersiya təhlillərinin (büdcə hesablamalarına qarşı faktiki hallar üzərində təhlillərin) izah edilməsinin və əsaslandırılmasının təmin edilməsi;
• Aylıq, rüblük və illik proqnozların yoxlanılması;
• Bütün Şirkət üzrə illik büdcənin vaxtında təqdim olunmasının təmin edilməsi;
• Satış, marketinq, təchizat, istehsal  kommunikasiya və digər bölmələrdən alınan maliyyə məlumatlarının ümumi maliyyə təhlilinin aparılması;
• Apardığı təhlillər üzrə hesabatların hazırlanması, investisiyalara və onların araşdırılmasına dair təkliflərin verilməsi; 
• Təhlillərdə əks olunan faktların analiz edilməsi üçün genişmiqyaslı (elektron) cədvəllərdən və digər statistik proqram təminatlarından istifadə edilməsi;
• Şirkətin  Marketinq fəaliyyəti barədə maliyyə proqnozların hazırlanması;
• Təşkilatın maliyyə hesabatları ilə tanışlıq və  tələb olunduqda təşkilatın satış, zərər və istehsalat xərcləri üzrə göstəriciləri  nəzərə alınaraq yatırılacaq investisiyalar və əldə olunacaq gəlirlər barədə məsləhətlərin verilməsi;
• Maliyyə təhlili sahəsində ən son istiqamət və üsullardan istifadə edilməsi;
• “Synergy Medical” MMC üçün  əlverişli investisiyaların müəyyən edilməsi və bununla bağlı məsləhətlərin verilməsi məqsədi ilə digər şirkətlərin fəaliyyətlərinin qiymətləndirilməsi;
• Təftişlər  və müştərilər barədə məlumat xidməti ilə bağlı işlərə rəhbərlik;
• Sədrin tapşırdığı digər təlimatların yerinə yetirilməsi;
• Audit şirkəti tərəfindən keçirilən illik audit prosessinin koordinasiyası işlərinin həyata keçirilməsi.

Tələblər:

• Maliyyə ixtisası üzrə  bakalavr/magistr dərəcəsi;
• Kommersiya müəssisələrində ən az 3 il iş təcrübəsi;
• Beynəlxalq Maliyyə Hesabatlılğı Standartları (İFRS) üzrə mükəmməl biliklər;
• İdarəetmə və vergi uçotu üzrə biliklər;
• Güclü ünsiyyət və danışıq qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı ;
• Əla səviyyədə kompüter bacarıqları (MS Word, Excel, İnternet və s.).

Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə Meneceri” yazaraq [email protected] ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Synergy Medical MMC tərəfindən digər vakansiyalar