Müştəri xidmətləri üzrə Köməkçi

  • Group Motors
  • Elanın qoyulma tarixi: 17.05.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Müştəri xidmətləri üzrə Köməkçi” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

• Müştəriləri cəld və gülərüz qarşılamaq;
• Müştərilərə professional xidmət göstərmək;
• Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
• Şirkətə gələn zənglərin cavablandırmaq və yönləndirmək;
• Faks qəbulu və göndərilməsi;
• Şirkətə gələn məktubları cavablandırmaq;
• Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
• Zənglərə tez və dəqiq cavab vermək və hər bir zəng vuran şəxsin razı qalmasına səy göstərmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.
 
Namizədlərə tələblər:
 
• Yaş: 20-25;
• Ali təhsil; 
• Sekretar – referent və yaxud qeyd olunan vəzifədə iş təcrübəsi (min. 1 il);
• MS Office proqramlarında işləmə bacarığı;
• Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.
 
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Müştəri xidmətləri üzrə Köməkçi" qeyd etməklə  [email protected] elektron poçt ünvanına göndərsinlər.