Merçendayzer Ekspeditor

  • Sirab ASC
  • Elanın qoyulma tarixi: 23.04.2017
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Merçendayzer Ekspeditor

Tələblər

• Ali təhsilli,
• 1 il satış təcrübəsi olan,
• Qadın namizədlər
• İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək,
• Gərgin iş tempinə uyğunlaşa bilən,

İş haqqında

• Firma ilə satış nöqtələri arasında məhsul və xidmət dövriyyəsini təmin edib, təmsil etdiyi şirkətin məhsul/xidmətlərini ən yaxşı şəkildə tanıtmaq və satışını aparmaq,
• Müəyyən edilən rut planı üzərində müştəri ziyarətləri edərək, büdcəsindəki hədəflər istiqamətində sifarişləri almaq,
• Vitrinlərin düzəldilməsi və daim nəzarət
• Mövcud kampaniyaların həyata keçirilməsini təmin etmək,
• Məhsulların tənzimlənməsi və varlığının yoxlanması (ifşası)-nı təmin etmək,
• Sifariş zamanı ödəmə şəklini müəyyən edərək, ödənişləri əldə etmək,
• Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq,
• Yeni məhsulları tanıtmaq,
• Rəqib məhsul və kampaniyaları haqqında müdirə hesabat vermək,
• Müştərilərin problemlərini həll etmək, həll edə bilmədiklərini müdirə bildirərək həll etməyə çalışmaq,
• Müştəriyə verilən qurğu və avadanlıqların (Stend, soyuducu və s. satış artırıcı avadanlıqlar)uyğun şəkildə istifadə edilməsini təmin etmək,
• Müştəri qalıq (stok) hərəkəti tarazlığını nəzərdə tutulan səviyyədə idarə etmək.

İş qrafiki

Həftənin 6 günü 08:00-18:00
Şəhər -Xirdalan

E-mail  [email protected]

Əlaqədar şəxs -  Aysel Rzayeva 

İşəgötürənin reytinqi