Group Motors şirkətlər qrupu Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru və Toyota avtomobil brendlərinin rəsmi distributeridi. Hal hazırda şirkət “Müştəri xidmətləri üzrə köməkçi” vəzifəsinə işçi qəbulu elan edir.
Vəzifə öhdəliklər:
• Müştəriləri cəld və gülərüz qarşılamaq;
• Müştərilərə professional xidmət göstərmək;
• Müştərinin tələb və suallarını diqqətlə dinləmək və xidmət ehtiyaclarını müəyyənləşdirmək üçün müvafiq suallar vermək və lazımi xidmət göstərmək;
• Şirkətə gələn zənglərin cavablandırmaq və yönləndirmək;
• Faks qəbulu və göndərilməsi;
• Şirkətə gələn məktubları cavablandırmaq;
• Məsuliyyət daşıdığı işləri vaxtında yerinə yetirmək;
• Zənglərə tez və dəqiq cavab vermək və hər bir zəng vuran şəxsin razı qalmasına səy göstərmək;
• Müdiriyyətin tapşırıqlarını vaxtında yerinə yetirmək.
Namizədlərə tələblər:
• Yaş: 20-25;
• Ali təhsil;
• Sekretar – referent və yaxud qeyd olunan vəzifədə iş təcrübəsi (min. 1 il);
• MS Office proqramlarında işləmə bacarığı;
• Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
• Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
• Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
• Stres altında işləmə qabiliyyəti;
• Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
• Fəal və işə planlı yanaşma.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Müştəri xidmətləri üzrə köməkçi" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.